Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Kürdüstanın müstəqilliyi”:Kərkük uğrunda mübarizə və qaçılmaz müharibə -Kərkük uğrunda mübarizə və qaçılmaz müharibə -Təhlil

Sky Press (İraq), 30.08.2017

Yenixeber.org: Kürdüstan müstəqilliyi haqda referendum sentyabrın 25-ə nəzərdə tutulub. Səsvermə yaxınlaşdıqca Bağdadla Ərbil arasında diskussiyalar sayca bir o qədər çoxalır. Bir tərəfdən kürdləri dəstəkləyənlər fəal şəkildə iştirak edir. Digər tərəfdən qonşu dövlətlərin bölgədəki sabitliyə ciddi təhlükə gətirəcək bu addımı qəbullanmaqdan imtinası göz qabağındadır.

2017-ci il iyunun 7-də İraq kürdlərinin üç partiyasının görüşü keçirilib. Kürdüstan Demokratik Partiyası, Kürdüstan Vətənsevərlər Birliyi və Dəyişikliklər uğrunda hərəkat (Qorran partiyası) müstəqil kürd dövləti layihəsinə münasibətdə bu partiyalar arasındakı ziddiyyətlərə baxmayaraq onu işə salmağa razılaşıb. Səlahiyyət müddətinin bitməsiylə bağlı postunu tərk edən Məsud Bərzaninin sədrliyi ilə görüşdə təkcə Dohuq, Ərbil və Süleymaniyə kürd əyalətlərində deyil, həmçinin mübahisəli ərazilərdə müstəqillik haqda referendum keçirmək haqda niyyət təsdiq olunub. Söhbət İraq kürdüstanına bitişik, kürd hökuməti və ya İraq hökumətinin nəzarətində olması iddia edildiyi ərazilərdən gedir. Bu, Kərkük əyaləti və Ninəva, Diyala, Səlahəddin əyalətlərinin hissələridir. Və bunlar peşmərgənin sözügedən əyalətlərdə İŞİD-lə müharibəyə qatılması nəticəsində nəzarətinə keçmiş ərazilərdən savayılardır.

Yalnız daxili və xarici parametrləri dəyərləndirməklə cavablandırılması mümkün olan bir sıra suallar kürd layihəsi ilə bağlıdır. Kürd məsələsində bu cür tektonik tərpəniş ayrılmağa ciddi tələbatdır, yoxsa bu, sadəcə, federal trekdə ciddi mənfəətlər əldə etmək üçün İraq hökumətinə təzyiqdir? Xüsusən də ərazi hökuməti referendumun İraq dövlətindən siyasi və inzibati baxımdan birbaşa ayrılmağa deyil, yalnız kürd dövlətinin yaradılması çərçivəsində Bağdadla uzunmüddətli danışıqlar prosesinin başlanğıcı olası ssenarini irəli sürdükdən sonra. Kərkük əyalətinin başçısı məhkəmə hakimiyyətinin Kürdüstan bayrağının rəsmi binaların üzərindən götürülməsi qərarını icradan imtina etdikdən sonra bu əyalət yenə də informasiya böhranına girib. Keçən cümə axşamı inzibati məhkəmə əyalət Şurasının kürd bayrağı qaldırmaq haqda qərarının geri götürülməsini qət edərək bildirib ki, bu, “aşkar qanun pozuntusudur”.

Lakin Bölgəsəl Kürdüstan dövlətinin cənubundakı və İraqın şimalındakı əyalətin başçsı bəyan edib ki, Kürdüstan bayrağı dövlə müəssisələrinin üzərindən endirilməyəcək.

Bu, əyalətin etnik-məzhəb qrupları (türkmənlər, ərəblər və kürdlər) içində, həmçinin Şura ilə bu qərarı qətiyyətlə rədd etmiş Bağdad mərkəzi hökuməti arasında güclü qəzəb doğurub.

Neftlə zəngin əyalətin rəsmi kabinetlərində Kürdüstan bayrağının İraq bayrağı ilə yanaşı qaldırılnması əyalət Şurasının kürd bölgəsinə birləşmək fikri ilə razılaşdığını göstərir.

Siyasi icmalçılar “Sky Press”-ə bildiriblər ki, Kərkük bu üslubdaca davam etsə, bu, yaxşı heç nə vəd etmir – xüsusən də sünni qüvvələri alyansı Kərkük və mübahisəli ərazilərdə müqəddəratı təyin etmək referendumu keçirməkdən imtina qərarını car çəkəndən sonra.  

İcmalçılar həmçinin əlavə ediblər ki, “mübahisəli rayonlara münasibətdə mərkəzlə bölgə arasında anlaşma əldə edilməsə, bu rayonların taleyi uğrunda Bağdadla Ərbil arasında müharibə mümkündür”.

Mübahisəli vilayətlərin kürd referendumuna qatılması tərəfdarlarını müəyyənləşdirmək üçün Facebook sosial şəbəkəsinin saytında sorğu baş tutub.Aydınlaşıb ki, 30%-ə yaxın “bəli”, 60 % “xeyr” və 10% “bilmirəm”-ə səs verib.  

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam