Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Adnan Oktarın hərəmxanası -Darvinin adını türk dərsliklərindən sildirən adamın gizli dosyesi

 image (1).png (1.28 MB) 

“Türkiyə” deyərkən avropalıların kor gözlərində adətən şablon bir-iki mənzərə canlanır. Hərəmxana belə bayağı, şit mənzərələrin ən birincisidir desək sözsüz ki, yanılmarıq. 

Yenixeber.org: İstəyirsən türk mass-mediasının, dünya xəbər agentliklərinin diqqətini özünə cəlb edəsən? Hərəmxanaya bənzər bir mənzərə yarat mavi ekranlarda. Sultan kimi get otur qırx cariyənin əhatəsində. Oradakı dünya gözəllərinə-çərkəs, rus, polyak, ərəb, zənci qızlarına din-imandan, peyğəmbərlərdən, Osmanlı imperiyası barədə saatlarla danış, danış, danış...
“Min bir gecə” miniatürlərini xatırladan bu mənzərələri müasir TV ekranlarında yalnız bircə nəfər canlandırmağı bacarır - Harun Yəhya adıyla tanınan türk jurnalisti Adnan Oktar.


Dediklərimi zarafat-zat bilməyin. Osmanlı hərəmxana modelini müasirləşdirmək, yenidən dirildib canlandırmaq, nəhayət TV ekranlarına çıxarmaq, razılaşın, hər jurnalistin girdiyi kol deyil. Adnan Oktar bu kolun, bağışlayın vəzifəsinin öhdəsindən lap bir Osmanlı sultanı kimi gəlib.


Yaxşı, kimdi bu Harun Yəhya? Hansı məzhəbə, hansı şeytana yaxud mələyə qulluq edir o?


DOSYE: HARUN YƏHYA, yaxud ADNAN OKTAR.


Əvvəla o, Türkiyədə həqiqi hərəmxanası olan bəlkə yeganə şəxslərdən biridir. Hərəmxanasında, düz sözümdü, 40 incəbel seçmə Afrika, Hindistan, türk, slavyan, erməni, gürcü, çərkəz, hətta çin gözəli belə var. “Cariyə” dediyi bu qızların əhatəsində o özünü əsl türk sultanı kimi aparır. Ancaq gəlin aldanmayaq bu zahiri görüntülərə. Gəlin axtaraq görək kimdi bu Adnan Oktar? Niyə, Türk virtual dünyasında ona bu qədər geniş səlahiyyətlər verilib?

image (1).png (1.28 MB)

MEMAR, YOXSA AKTYOR?


Deyilənlərə inansaq o, 1956-cı ilin fevral soyuqları zamanı Ankarada dünyaya göz açıb. Orta təhsilini orda bitirdikdən sonra, 1979-cu ildə, yallah, üz tutub İstanbuldakı Memar Sinan Universitetinə. Sonralar o günlərini belə xatırlayacaq: “Universitetdə marksist-leninist hərəkatları mövcud idi, amma mən bunların gərəksiz olduğunu dərk edib orda Allahın, din-imanın ətəyindən yapışdım”.


Harun Yəhya bioqrafiyasının bu dövrü düşür Türkiyənin ən qanlı solçu-sağçı davası günlərinə. O vaxtkı türk MİT-i universitetlərdəki ilanları, yəni solçuları “Seyid Əhməd” əli ilə zərərsizləşdirirdi. Nəzarətindəki tətikçiləri gətirib yerləşdirirdi universitet yataqxanalarında. Tətikçilər burda dinc durmurdular. Universitetlərdəki solçuları ucdantutma güllələyirdilər.
Amma, Memar Sinan Universitetinin təcrübəli mühafizə sistemi türk MİT-inə fürsət vermir oxşar əməliyyatları burda da rahatca həyata keçirsin. MİT məcbur qalır burda tam fərqli bir ssenariyə əl atsın. Qərar verir universitetdəki ateistlərə, solçulara qarşı millətçilərdən deyil...yox...təkamül nəzəriyyəsi düşmənlərindən, yəni antidarvinistlərdən geniş istifadə etsin.
Türkiyədəki antidarvinistlərin kiçik, son dərəcə məhdud siyahısını zərrəbinlə öyrənən MİT-çilər axır öz qərarlarını verirlər. Barmaqlarını basırlar siyahıdakı Adnan Oktar ismi üzərinə.

Related image


Gənc Adnana hər cür şərait yaradılır ki, o universitetə daxil olub burdakı solçuları güdsün. Bildiklərini gəlib universitet qapısındakı dönərçinin tüklü qulaqlarına pıçıldasın. Darvinin təkamül nəzəriyyəsinə qarşı yazdıqlarını kitabça halında çap edib tələbələr arasında yaysın.


Maskalanmış həmin bu Harun Yəhya, həyatındakı ilk aktyor rolunu gördüyümüz kimi səhnədə deyil...yox...məhz universitet dəhlizlərində uğurla ifa edib, MİT-in tam etimadını qazanır. Yəni, əslinə qalarsa o, Memar Sinan Universitetində memarlıq yox, aktyorluq sənətinə yiyələnib. Bəzilərini qazamatlara göndərib. Bəzilərini bəlkə də məzarlıqlara. Əvəzində canının əsgərlikdən qurtarıb.

image.png (424 KB)


***


İFŞAEDİCİ SƏNƏD: “Adnan Oktarın məxfi qurumlarla əlaqəsini təsdiqləyən dəqiq bir sənəd əlinizdə varmıdır?”, sualına mən belə cavab verərdim: var. 1993-cü ildə Eskişehr Hava Xəstəxanasının Harun Yəhya barəsində verdiyi “əsgərliyə əlverişli deyil” sənədinə mən indi ancaq bu gözlə baxa bilərəm. Həyatındakı bu məxfi epizod, uzun zaman Harun Yəhyaya göz verib ancaq işıq verməyib. Əlinə ilk imkan düşüncə, 2000-ci ilin 18 avqustunda o, bioqrafiyasındakı bu nöqsana bir təhər nöqtə qoyub. Pullu ödəniş əvəzinə əsgərlikdən rəsmən canını qurtarıb.

***


DARVİNİN QƏNİMİ: Son vaxtlar türk basınında yayılan “Türkiyə təhsil sistemindən təkamül nəzəriyyəsi yığışdırılır. Məktəb divarlarından Çarlz Darvinin şəkilləri götürülür!” tipli iddialar, gülməyin xahiş edirəm, bizim bu Harun Yəhyanın xidmətidir. Təkamül nəzəriyyəsinə qarşı uzun illər, hə, təkbaşına mübarizə aparasan. Axır öz təbliğatının qələbəsini həyatda görəsən...Razılaşın bu, çox nadir, tək-tük insanların qismətidir.


Yəni, gəlin 80-ci illərdə Türkiyədə Darvinə qarşı bayraq qaldıran Harun Yəhyanı cibimizə qoymayaq. O, çox inadcıldı. Darvinə qarşı öz fikirlərini təkcə türk basınında deyil, ABŞ mətbuatının flaqman gəmisi sayılan “Time” jurnalında da çap etdirib o. 
Həmin bu vaxt da o, müsahibələrindən birində dediyi "Türk qövmündən, İbrahim ümmətindənəm" ifadəsinə görə qazamata salınır bir müddət.

Image result for Adnan Oktar melekleri

Sözü verək burda Adnan Oktarın özünə: “Ayağıma zəncir bağlanılaraq hürcələrə salındım. Sonra da Bakırköydəki dəlixanaya göndərilərək ən təhlükəli ruhu xəstələrin olduğu "14A" blokuna atıldım. 300 ən təhlükəli ruhi xəstənin olduğu bir yerdə aylarla qaldım. Orada ikən 7 cinayət, qətl hadisəsi baş verdi. Məni bir neçə dəfə öldürməyə çalışdılar. Həbsxana ilə dəlixanalarda toplam 19 ay yatdıqdan sonra məhkəmənin qərarı, həmçinin həkimlərin yoxlanışından sonra sağlam olduğum ortaya çıxdı. “Gülhane” Hərbi-Tibb Akademiyasının barəmdə xüsusi qərarı mövcuddu. Həbs zamanı mənə çox sayda naməlum iynələr vurmuşdular”.


Tam həqiqət isə fərqlidir bir az. Nümunə gətirdiyimiz sətirlər xüsusi təyinatlı agentlərin hazırlıq kurslarını xatırladır mənə. Amerikada misal üçün xüsusi təyinatlılar ilk olaraq bax bu cür sınaqdan çıxarılır. Yazıq, son anadək bilmir bu həbsdir yoxsa xüsusi hazırlıq imtahanı. Amerika Mərkəzi Kəşfiyyat İdarəsi mütəxəssisləri görünür Türkiyədəki öz gələcək kadrlarını da məhz bu cür imtahanlardan keçirirmişlər əvvəlcə. Proqram, “MK-ULTRA” adlanırdı. “BETTA” hazırlıq kurslarından keçənlər isə axırda dönürdülər bir nömrəli seks agentə.

Image result for Adnan Oktar melekleri

***


GİZLİ VİDEO ÇƏKİLİŞLƏR USTASI: Harun Yəhya bioqrafiyasındakı “ağ ləkələri” bəli, ancaq bax bu cür izah etmək mümkündü indi. Əslində o, nə dəlixanaya atılıb o vaxtlar, nə qazamatlar künclərində çürüyüb. ABŞ həkimlərinin nəzarəti altında xüsusi kurslardan keçirdilib. Zombiləşdirilib.


Tapşırıq alıb Türkiyədəki siyasi elitanın şəxsi həyatını gizlincə video kasetlərə köçürsün. Yəni, Adnan Oktarın TV, videoçəkiliş, montaj, kino sənəti ilə ilk əlaqə telləri məhz bu vaxt qurulub. Əvvəl sırf kəşfiyyat məzmunu daşıyıb, ancaq çox sonralar çevrilib indiki tok-şouya.


Gizli çəkilişlər 1998-ci ilədək sakitcə davam edir. Axır gurultulu ölüm hadisə ilə, yəni Adnan Oktarın sağ əli Serkan Ciminlinin ölümü ilə nəticələnir. Türkiyə daxili işlər naziri Sadətdin Tantanın birbaşa rəhbərliyi altında keçirilən əməliyyat zamanı gör bir nələr üzə çıxır...Bəlli olur-Adnan Oktar dəstəsi uzun zaman Türkiyədəki mason lojalarının, “Rotari-klub” üzvlərinin pərdəarxası həyatını lentə alıb. Öz qurbanlarına seks tələlər qurublar.

Image result for Adnan Oktar melekleri


Əməliyyat nəticəsində nəhayət 1999-cı ildə Adnan növbəti dəfə həbsə alınır. 9 ay həbsdə yatır. “Bu şəxs, Abdulla Ocalandan daha təhlükəlidir” - daxili işlər naziri Tantanın bu etirafı bir ara bütün Türkiyəni alt-üst edir o vaxt. Adnan Oktarın hədəfləri, qurbanları sırasında Məsud Yılmaz, Maral Akşener, Mehmed Akar, Calal Adana kimilərinin adları səslənib uzun əks-səda ilə müşayiət edilir. Bəlli olur ki, Adnan Oktar böyük pul müqabilində “kompromat kaset alveri” ilə məşğulmuş.

***


İndi bildizmi Adnan Oktarın “kedi”ləri-yəni pişikləri kimlərdi? Yəni bu insan niyə həmişə uca boy, qəddi-qamətli gözəlçələrin əhatəsindədir? Əsl hədəfi hardadır, nədədir?


Zahiri görüntüyə aldanmayın. TV ekranlarında gördükləriniz necə deyərlər, “ayın görünən tərəfidir”. Bir də var həmin bu ayın görünməyən tərəfi. Oradakı gözəl qızlar efirə çıxarılmır ki...Əməliyyatçı kimi hazırlanıb əməliyyatlara göndərilir. Təşkilat aşağıdakı tərkibdədir.

1. Baş imam - Adnan Oktar; 
2. Kiçik imamlar ( Bahadır Güvən, Dirat Dəvəlioğlu); 
3. Sıravi üzvlər- qardaşlar, bacılar;
4. “Cariyələr”-təşkilatın seks kölələri; 
5. “Motorlar”-xidmətçilər.


Adnan Oktar son zamanlar qərara gəlib bax bu gizli kino təcrübəsini leqallaşdırsın. Türkiyədə “A9” adlı bir kanal açıb öz əməllərini orda davam etdirsin. Vaxtilə Memar Sinan Universitetində öyrəndiyi memar...üzr istəyirəm aktyor təcrübəsi ilə hamını təəccübləndirsin.


“İmam”-ın Bakıda Aysel Canan Vəlizadə adlı bir davamçısı da mövcuddu. O, iddia edir ki, kanalın Bakı nümayəndəliyi tezliklə teleefirdə yayıma başlayacaq. Lazımı avadanlıq artıq çoxdan Bakıda qalıb tozlanır. Qalıb guya bircə xırda-mırda hazırlıq işləri, vəssalam.

Image result for Adnan Oktar melekleri


***


Adnan Oktar adını çəkəndə türkiyəlilərin gözləri önündə Esma Özgül, Beyza Bayraktar, Seçkin Piriler, Tuğça Doras kimi atmaral, ucaboy, hündür maneken qızları canlanır. Sonra türklər keçirlər pıçapıça. Qulağınıza deyirlər bəs, bu Adnandın şizofrenik olduğunu təsdiqləyən 7 tibbi arayışa baxmayaraq o...


Bimirəm nədən bu cür cümlələrini türklər neyçünsə yarıda kəsərlər. Arxalarına boylanıb söhbətin tez mövzusunu dəyişərlər.


Zarafat edirsiz? Adam, Darvinin adını Türkiyə təhsil sistemindən pozdurur. 40 incəbelli kənizlərinin əhatəsində türk TV efirinə öz damğasını vurur...belələrini gözardı etməkmi olar heç?


Yox. Olmaz. Sultan hərəmxanalarının müasir davamçıları, bərpaçıları indi belənçik şəxslərdi. Yaxınlarda Avidqor Eskin kimi məşhur bir sionist, Türkiyəyə gələrək Adnanı ziyarət edib. Deyib ki, ”Mavi Marmara” böhranından sonra Türkiyə-İsrail münasibətlərini məhz Adnan Oktar bərpa edib.
Beləsi barədə əlavə daha nə deyəsən?

Həmid Herisçi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam