Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Pentaqon rəhbəri Kiyevə hərbi avadanlıqlar gətirib:əlavə tövsiyələr də olacaq

 

Yenixeber.org: ABŞ müdafiə naziri Ceyms Mettis Kiyevə səfəri zamanı Ukrayna Silahlı Qüvvələri üçün hərbi avadanlıqlar gətirib. “RİA Novosti”yə istinadən xəbərə görə, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Pryamoy” telekanalına müsahibəsində bildirib. 

“Mən o fikirlə razıyam ki, müdafiə nazirləri əliboş səfər etmirlər. Müdafiə naziri Ceyms Mettis özü ilə Ukrayna ordusu üçün müdafiə təyinatlı müəyyən avadanlıqlar gətirib”, - deyə Volker bildirib.

Onun sözlərinə görə, “Qərb-2017” Rusiya-Belarus hərbi təlimləri qərb ölkələrini hadisələrin hər hansı istiqamətdə inkişafına hazır olmağa məcbur edir. 

“Düşünürəm ki, Rusiyanın bu hərbi təlimləri bizi hər hansı hərbi təcavüzə hazır olmağa vadar edir, qərb ictimaiyyəti hadisələrin istənilən inkişafına hazır olmalıdır. Biz öz təhlükəsizlik sistemimizi inkişaf etdirməliyik və onun üzərində birlikdə çalışmalıyıq”, - deyə Volker bildirib. 

Bundan əvvəl Mettis Vaşinqtonun Kiyevə letal (öldürücü) silahların tədarük etdirilməsi məsələsini nəzərdən keçirdiyini bildirmişdi. O, səfərdən sonra ölkə rəhbərliyinə əlavə tövsiyələr verəcəyini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam