Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Baramaçılığın inkişafına dair iclas keçirildi:Füzulidə

Baramaçılığın inkişafına dair iclas keçirildi:

 

Yenixeber.org: Horadiz şəhərində Muğam Mərkəzində Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə həsr olunan iclas keçirildi. İclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və qabaqcıl kümçülər iştirak etdi.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yığıncaqda çıxış edərək, respublika müşavirəsində Prezident cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən bəhs etdi, bu sahədə rayonda görülən işlərdən və qarşıda duran məsələlərdən danışdı. Bildirdi ki, ölkə başçısının göstərişi ilə ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi füzulili məcburi köçkünlər tərəfindən böyük sevinclə qarşılanıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, xüsusilə 70-80-ci illərdə baramaçılıq Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunduğunu diqqətə çatdıran Alı Alıyev həmin dövrdə rayonda 232 ton barama istehsal olunaraq bu sahədə ən yüksək göstərici əldə olunduğunu vurğulayıb.

Alı Alıyev bildirib ki, 2016-cı ildə ipəkçilərimiz 3 tondan artıq barama istehsal etmiş, satdıqları məhsulun pulunu gecikmədən alıblar. Cari ildə isə rayonda 207 kümçü tərəfindən qısa müddətdə çox keyfiyyətli 25 tona yaxın yaş barama istehsal olunub, bu da əvvəlki illə müqayisədə 8 dəfə çox barama istehsalı deməkdir. İstehsal olunan məhsulun pulu kümçülərə plastik kartlar vasitəsilə ödənilib. İki aydan az müddətdə barama istehsalına görə rayona 220 min manata yaxın vəsait daxil olub. Həmçinin əhalinin məşğulluğu təmin edilib, 1200 nəfərdən artıq insan mövsümü işə cəlb edilib. Füzuli rayonu barama istehsalına görə respublikada ikinci nəticə göstərib.

Alı Alıyev qeyd edib ki, növbəti ildə rayonda barama istehsalının artırılması üçün tədbirlər görülməsinə başlanılıb. 2018-ci il üçün rayonda ipəkqurdu saxlayacaq kümçülər müəyyənləşdirilməli, onlarla yerlərdə görüşlər keçirilməli, ərazidə yeni toxmaçarların salınması, çəkil tinglərinin əkilməsi üçün yerlər müəyyənləşdirilməli, mövcud olan çəkil ağaclarının budanmalıdır.

Tədbirdə çıxış edənlər baramaçılığın, pambıqçılığın inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb, təkliflər irəli sürüblər. Vurğulanıb ki, füzulililər rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın, pambıqçılığın inkişaf etdirilməsi, torpaqların təyinatına uyğun tam istifadə edilməsi, məhsuldarlığın artırılması üçün bütün qüvvələrini səfərbər edəcəklər.

Yığıncağa yekun vuran Alı Alıyev rayonda baramaçılıq və pambıqçılığın inkişaf etdirilməsi, torpaqlardan təyinatına uyğun məqsədyönlü istifadə olunması, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması üçün aidiyyəti təşkilatlara tapşırıq və tövsiyyələrini verib. Bildirib ki, rayonun barama istehsalçıları 2018-ci ildə öz işlərini Prezident cənab İlham Əliyevin sədrliyi ilə Qax rayonunda keçirilən müşavirədki nitqindən irəli gələn vəzifələr üzərində qurmalıdırlar.

 

Baramaçılığın inkişafına dair iclas keçirildi:

Baramaçılığın inkişafına dair iclas keçirildi:

Baramaçılığın inkişafına dair iclas keçirildi:

Baramaçılığın inkişafına dair iclas keçirildi:

Baramaçılığın inkişafına dair iclas keçirildi:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam