Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Şıxov sakinləri 2 nazirdən kömək istədilər -"Nəfəsimiz kəsilir"

 

Yenixeber.org: DİA.AZ-ın redaksiyasına müraciət edən Şıxov sakinlərinin gileyi daş karxanalarındandır. Narazı vətəndaşlar  yazır:


"Şıxov ərazisində yerləşən daş karxanaları bu gün bizim rəsmən qənimimizə, sakinlər üçün təhlükəyə çevrilib. Dəfələrlə aidiyyatı qurumlara şikayət etsək də, bizi dinləyən yoxdur.

Belə ki, Şıxov ərazisində yerləşən və hər birinin arxasında konkret bir məmurun dayandığı daş karxanalarının havaya buraxdığı toz dumanı təkcə evlərimizin, zar-zor yetişdirdiyimizin ağacları, qurutmaq üçün sərdiyimiz paltarları toza qərq etmir, həm də həyatımızı qaraltmaqdadır. Həmin toz dumanında nəfəs almaq olduqca çətindir. Nəfəsimiz kəsilir. Artıq uşaqlarımızda bunun ciddi fəsadları yaranıb.

Biz dia.az vasitəsilə Əmək və əhalinin sosial müdafiəsi Naziri Səlim Müslümovdan və Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdan xahiş edirik ki, yaşayış yerləri ilə iç-içə olan həmin daş karxanalarının bağlanması üçün addım atsın. Yoxsa bu gün minlərlə vətəndaşın səhhətində ciddi problemlər yaranacaq".

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam