Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Qanımız Qan Bankına su yerinə axır, həm də məcburi... (FOTO)

Qanımız Qan Bankına su yerinə axır, həm də məcburi... (FOTO)

 

Çox iddialı bir cümlədir elə deyilmi?! Respublika Perinatal Mərkəzini yəqin ki, eşitmisiz. Xətai rayonunda yerləşən və respublikanın ən böyük səhiyyə mərkəzlərindən biri. Deməli burada uşaq dünyaya gətirən qadınların qohumları qarşısına belə bir şərt qoyulur ki, gedib Qan Bankına 300 qram qan verməli və oradan arayış gətirməlisiniz. Əgər həmin arayışı gətirməsəniz, uşağın heç bir sənədini verə bilməyəcəyik. 

Yenixeber.org: Məsələ ilə bağlı xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın qəbul şöbəsindən "Qaynarinfo"ya məlumatı təsdiqlədilər və Mərkəzdən xəstənin qohumlarına qan vermələri ilə bağlı kağız verildiyini və həmin kağızla da Qan Bankına müraciət edilməli olduqlarını bildirdilər:

"Xəstənin yaxınlarına qan verilməsi ilə bağlı kağız verilir. Kağızda hər şey yazılır. Qan Bankına gedirsiniz və orada sizə hər şeyi başa salırlar".

Daha ətraflı məlumat üçün Mərkəzi Qan Bankı ilə əlaqə saxladıq. Sözügedən qurumdan da məlumatı təsdiqlədilər və bunun üçün qan qrupunun heç bir əhəmiyyətinin olmadığını qeyd etdilər:

"Qan qrupunun xəstənin qan qrupu ilə uyğunlaşıb-uyğunlaşmamasının heç bir fərqi yoxdur. Qan verildikdən sonra, bununla bağlı arayış yazılır və həmin arayış da xəstəxanaya təqdim edilir".

"Bəs gəlib 2 nəfərə 300 qram versək, olarmı?" sualına Mərkəzi Qan Bankından "Onun heç bir fərqi yoxdur. Olar, niyə olmur ki?! Necə istəyirsən" cavabını aldıq.

Maraqlısı budur ki, verilən qanın əməliyyatla heç bir əlaqəsi yoxdur. Yəni qanın hansı qrupdan olmasının, neçə nəfərdən toplanaraq verilməsinin heç bir əhəmiyyəti yoxdur. Yetər ki, qan olsun və 300 qram düzəlsin.

Burada bir neçə sual ortaya çıxır:

- Kimsə qan verməyə məcbur edilə bilərmi?

- Özüm qan verə bilmirəmsə, yaxın qohumlarım da yoxdursa, bu 300 qram qanı haradan tapmalıyam?

- Əgər Azərbaycanda dövlət xəstəxanalarında tibb tamamilə pulsuzdursa, xəstəxananın çıxartdığı bu oyun nədir?

Bununla bağlı hansısa qaydanın olub-olmadığını öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin nümayəndəsi Cavid Xəlilov belə bir hadisənin şahidi olmadığını bildirdi:

“Dövlət səhiyyə müəssisələrində əhaliyə xidmət göstərilir. Ətraflı olaraq həmin müəssisələrdə kimdən nə istədiklərini deyə bilməyəcəyəm, çünki bunun şahidi olmamışam və dediyiniz məsələ barəsində də bizdə məlumat yoxdur. Lakin istənilən halda vətəndaşlar səhiyyə müəssisələrində qarşılaşdıqları problemlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək, müraciət edə bilərlər. Biz məsələni araşdırmaq üçün vətəndaşın kim olduğunu, həmçinin sizə məlumatı kimin təsdiqlədiyini bilməliyik”.

Qeyd edək ki, B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı dünən hesabat xarakterli məlumat yayıb. Məlumatda bildirilir ki, Mərkəzi Qan Bankı və onun bölmələri müxtəlif tibb müəssisələrində və ayrı-ayrı tədbirlər zamanı təşkil edilən qanvermə aksiyalarında qan ehtiyatı yaratmağa çalışıblar. Bu ilin birinci yarımilində həmin məqsədlə paytaxt və regionlarda keçirilən aksiyalarda 21 min 406 donor iştirak edib. Könüllü qanvermə aksiyalarında 18 min 884 litr qan tədarük olunub.

Maraqlıdır ki, bu 18 min 884 litr qanın hamısı həqiqətənmi könüllülük prinsipi əsasında toplanılıb? Əgər həqiqətən Qan Bankı könüllü donorların hesabına bu qədər qan tədarük edibsə, dövlət səhiyyə müəssisəsinin qoyduğu məlum tələb hansı məqsədlərə xidmət edir?

Xatırladaq ki, qan insan orqanizmində yegan şeydir ki, satışına icazə verilir və ölkəmizdə də qanını müəyyən bir məbləğ qarşılığında satan şəxslər heç də az deyil. Bununla bağlı internetdə qısa bir araşdırma apardıq və nəticədə məlum oldu ki, qanın qara bazarda qiyməti təxminən 15 manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam