Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycanlı gənc ixtiraçının 50 milyonluq təyyarə layihəsi –VİDEO

 

Yenixeber.org: Azərbaycanlı gənclər hava nəqliyyatı və alternativ enerji sahəsində möhtəşəm layihə hazırlayıblar.

“Oxu.Az”ın redaksiyasına daxil olan press-relizdə bildirilir ki, “VİP Aircraft” adı verilən təyyarə layihəsi dünyada bir ilkdir.

Layihə gənc ixtiraçı Tural İsmayılzadənin təşəbbüskarlığı və rəhbərliyi ilə onun elmi araşdırmaları əsasında hazırlanıb.

VİP təyyarəni öz sinfində fərqli və üstün edə biləcək bir çox cəhətləri var.

45,890 metr uzunluğa və qanadlarla birgə 50,800 metr enə sahib olan təyyarə daxildən lyuks bir restorandır. Hazırlanan 6 komplektasiyalı mühərrik sistemi ilə gənclər təyyarəni səsdən ən azı 2 dəfə sürətli etməyi hədəfləyirlər.

8 komplektasiyalı enerji depolama sistemi ilə təyyarə hərəkət zamanı hava, səs, su, günəş enerjisi, təziq və orqanik elementlərdən müxtəlif mühərriklər vasitəsi ilə enerji əldə edəcək. Bu təyyarələrin uçuş zamanı yanacaq sərfiyyatını tamamı ilə aradan qaldıracaq.

Bundan əlavə olaraq gənc ixtiraçı bütün təyyarədə olan ən böyük problemlərindən birini həll etməyi hədəfləyir. Təyyarə qəzalarının 2 böyük hissəsi onun sürət itirərək yerə çırpılması və bununla başlayan güclü yanğınlardır. Təklif olunan layihə tətbiq olunarsa təyyarə sürət itirdikdən sonra uzun müddət havada “asılı” qalaraq sabit duruşa keçəcək və yerə qəzasız enə biləcək. Bu qəza uçuş zolağından yeni qalxmaqda və ya eniş etməkdə olan təyyarələrdə baş verərsə, yanğının qarşısını alacaq xüsusi mexanizm işə düşəcək.

Layihənin hazırlanmasında əsas məqsəd səyahət zamanı vaxt və yanacaq kimi bir çox sərfiyyatları aradan qaldırmaq, ekoloji mühitin, insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasına nail olmaqdır. Layihənin həyata keçməsi üçün 15 ilə 50 milyon dollar civarında investisiya yatırımına ehtiyac var. Bununla bağlı gənc ixtiraçı artıq yerli və xarici şirkətlərə, sərmayəçilərə müraciət göndərib.

Tural İsmayılzadənin ən böyük arzusu gələcəkdə əldə edəcəyi vəsaitlə Avrasiya Sənaye İstehsalatı üzrə Alimlər Birliyinin yaradılması, istedadlı gəncləri və mütəxəssisləri ətrafında toplamaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam