Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Kopenhagen" klubu "Qarabağ"ın kapitanından UEFA-ya şikayət etdi

 

Danimarkanın "Kopenhagen" klubu "Qarabağ"a Bakıda 0:1 hesabı ilə uduzduğu Çempionlar Liqasının ilk "pley-off" matçı ilə əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.

Yenixeber.org: "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin 20-ci dəqiqədə Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurduğunu iddia edir.

Dirsək zərbəsi nəticəsində Benqtssonun evə almacıq sümüyündən qançırla qayıtdığı bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib. "Kopenhagen" oyundan sonra UEFA-ya şikayət etməklə, Medvedevin cəzalandırılmasına və onun avqustun 23-də keçiriləcək cavab görüşündə iştirak etməməsinə nail olmaq istəyir.

Klubun katibi Daniel Rommedal bildirib ki, oyun vaxtı zərbənin qəsdən endirilmədiyini və futbolçuya heç bir təsirinin olmayacağını düşünüblər. Onun sözlərinə görə, epizodun videoyazısına baxdıqdan sonra zərbənin həddən artıq qüvvətli olduğu qənaətinə gəliblər: "Biz müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də bu gün səhər saatlarında etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik".

Öz növbəsində, UEFA belə bir etiraz məktubu aldıqlarını və məsələyə avqustun 17-də baxacaqlarını açıqlayıb.

Qeyd edək ki, Maksim Medvedev Rəşad Sadıqovun zədəli olması səbəbindən "Kopenhagen"lə ilk oyuna kapitan kimi çıxıb. Avqustun 23-də Danimarka paytaxtında keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam