Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Qorxmaz Hüseynovun qardaşına ittiham var:dövlət əmlakını mənimsəmə, talama...

 

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Füzuli rayonu Böyük Bəhmənli kəndində daimi pasport qeydiyyatında olan, hal-hazırda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində məskunlaşan İsmayılov Elnur Mənsur oğlunun Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova ünvanlandığı müraciətin surəti daxil olub. Müəllif müraciətində “AZƏRSU”ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynov tərəfindən dövlət vəsaitinin mənimsənilməsindən və bu qanunsuzluğun hüquq-mühafizə orqanlarında lazımı səviyyədə araşdırılmamasından bəhs edir. Aktuallığını nəzərə alıb, müraciəti ixtisarla dərc edirik:

 

“Cənab Baş Prokuror, sizə müraciətimdə məqsədim Daxili İşlər Nazirliyinin Orqanlarında, dəqiq Sabunçu rayonu Polis İdarəsinin 12-ci polis bölməsində mənə məlum olan və faktlarla təsdiq edilmiş dövlət əmlakının mənimsənilməsi, talan edilməsi təkzibolunmaz faktları törədənlərə qarşı cinayət işinin AR CPM-nin tələblərinə uyğun olaraq cinayət təqibinin aparılması, mənə məlum olmayan səbəblərdən qanunun tələblərinin kobud pozulması ilə yerinə yetirilmir.

Bildirirəm ki, Sabunçu RPİ-nin 12-ci PB təhqiqatçısı R. Güləliyevin yuxarıda qeyd etdiyim ciddi cinayət faktının guya araşdıraraq məntiqə sığmayan boş-boş sözlərə söykənmiş cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar qəbul etmişdir. Baxmayaraq ki, Polis İdarəsinin mənim şikayətim üzrə ərizə sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş və səbəb kimi analoji faktların araşdırılmasının DİO-nın səlahiyyətləri daxilində olduğu bildirilmişdir.

Hörmətli Zakir müəllim hüquqşunas olmasam da bilirəm ki, rüşvətxorluq, korrupsiya xüsusilə külli miqdarda dövlət əmlakının mənimsənilməsi faktları üzrə cinayət təqibi bilavasitə və birbaşa Respublika Prokurorluq orqanlarının səlahiyyətlərinə aiddir. Buna baxmayaraq instansiya olaraq ərizə ilə müraciət etdim Respublika Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi ərizələrimi Sabunçu RPİ-nə göndərmişdir ki, onlar da mənimlə şəxsən görüşdə

mənə birmənalı şəkildə bildirmişdilər ki, ərizənizdə göstərdiyiniz faktların mümkünlüyünün yoxlanılması səlahiyyətlərimiz daxilində deyil.

Hörmətli Zakir müəllim, AR-nın Prezidenti cənab İlham Əliyev sizin də iştirak etdiyiniz və sizə xitabən ciddi tapşırdığı Respublikada korrupsiya, talama və digər xoşagəlməz hallara qarşı qəti mübarizə aparılması mövqeyində olmağınızı, qətiyyətli davranmağınızı tapşırmışdır.

Cənab Baş Prokuror, Sizə bu müraciətimə əlavə edəcəyim mənə məlum olan korrupsiya və dövlət əmlakını talama faktlarına tərəfinizdən qiymət verilərək hal-hazırda Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PB-nin təhqiqat şöbəsində təhqiqatçı R. Güləliyevin icraatında olan ərizəni aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə gətirilməsi barəsində qərar qəbul etməyinizi xahiş edirəm.

Ümidvaram ki, ərizəmdə qeyd etdiyim Azərbaycan və qardaş Türkiyə Cümhuriyyəti arasında yüksək dostluq, qardaşlıq münasibətlərini poza biləcək, bu gün YAP bayrağı altında gizlənmiş lakin bir çoxlarına “Nurçu”, “Fetoçu” kimi tanınan “AZƏRSU”ASC-nin sədri Qorxmaz Hüseynovun havadarlıq etdiyi qardaşı Faiq Hüseynov tərəfindən dövlət əmlakını mənimsəmə, talama faktının araşdırılması, günahkarların layiqli cəzalarına çatdırılması sizin şəxsi təşəbbüs və nəzarətinizlə həllini tapacaqdır.

Sizə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm”.

 

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr