Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yasamalın icra başçısı postuna daha bir iddialı-Pirallahının icra başçısı

Yasamalın icra başçısı postuna daha bir iddialı-

 

Vasif İmanovla bağlı ilkin razılığın əldə olunduğu da bildirilir

 

Yenixeber.org: Ayyarımdır ki, boş qalan Yasamal Rayon İcra hakimiyyətinin başçısı postuna mediada müxtəlif namizədlərin adları hallanmaqdadır: Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin, YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədovun və s. Adları hallanan namizədlər hər biri bu xəbəri ya birbaşa, ya da dolayısı ilə təkzib etdi.

Bugün isə yenixeber.org-a Yasamal Rayon İcra hakimiyyətinin başçısı postuna daha bir iddialı ilə bağlı məlumat daxil olub. Hakim dairədən əldə etdiyimiz məlumata görə növbəti namizəd Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur. Artıq bu istiqamətdə ilkin razılığın əldə olunduğu da məlumatlar sırasındadır...

Xatırladaq ki, Vasif İmanov 2003-2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Mediada onun Rövnəq Abdullayevin kadrı olması ilə bağlı iddialar da yer alır.

 

İnformasiya şöbəsi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam