Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“AST Telman”a 135 milyon dollarlıq dava açan iş adamı müflis oldu

 

Rusiyanın Yamal-Nen Muxtar Vilayətinin Arbitraj Məhkəməsi “Manqazeya” neft şirkətinin müflis elan edilməsi üçün prosedurlara başlayıb.
 "Xeberinfo.com" “Kommersant” qəzetinə istinadən xəbər verir ki, şirkət özü müflis olduğu barədə məhkəməyə müraciət edib.
“Manqazeya” neft şirkəti moskvalı biznesmen Sergey Yançukovun “Manqazeya” holdinqinə daxildir. Şirkət ziyanla işləyir və 1,7 milyard rubl kredit borcu yaranıb.
Bundan əvvəl S.Yançukovun holdinqinə daxil olan “Sezaria LTD” şirkətinin iddiası əsasında Kipr məhkəməsi “AST Telman” kimi tanınan Azərbaycan əsilli iş adamı Telman İsmayılovun aktivlərinə həbs qoyub. Şirkət T.İsmayılovun ona 135 milyon dollar borclu olduğunu və borcunu qaytarmaqdan imtina etdiyini bildirir.
Sergey Yançukov
Şirkətin iddia ərizəsində deyilir ki, T.İsmayılov “Sezaria LTD”dən 2010 və 2011-ci illərdə illik 10 faizlə 100 milyon dollar borc alıb. Bu vəsait T.İsmayılovun biznesinin inkişafına, o cümlədən “Mardan Palace” otelinin tikintisinə sərf edilib.
Lakin yəhudi milyarder krediti qaytarmayıb və 2013-cü ilin dekabrında T.İsmayılov barəsində Kipr məhkəməsinə şikayət verilib.
Bu iddia ərizəsi əsasında T.İsmayılovun biznesinə daxil olan “Safis” şadlıq sarayının, “AST Golf Hotel”in, “Marina” ticarət mərkəzinin, Fransa sahillərindəki sarayın, yeddiulduzlu “Mardan Palace” otelinin bank hesablarına həbs qoyulub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam