Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Polis “Xaş-Xaş - 2017” adlı kompleks tədbirlər planına uyğun olaraq əməliyyat keçirib- Balakəndə

 

Yenixeber.org:  Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq tədbirlər davam etdirilir.

DİA.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərdə qeyd olunur ki, növbəti belə uğurlu tədbir Balakən RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilib.

Balakən rayonunun Hənifə kəndində sakinlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

RPŞ rəhbərliyinin göstərişi ilə yaradılan qrup tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, Hənifə kənd sakini Vüqar Əhmədova məxsus evə və həyətyanı sahəyə baxış keçirilib. Həyətyanı sahədən ümumilikdə 53 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

V.Əhmədovun evinə baxış zamanı isə evin müxtəlif yerlərində gizlədərək saxlanılan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb və ekspertizaya təqdim olunub.

Ekspertiza həmin narkotik vasitənin 3,5 kiloqram qurudulmuş marixuana olması barədə rəy verib.

Araşdırmalarla V.Əhmədovun həmin narkotik vasitəni satış məqsədi ilə saxladığı müəyyən edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam