Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakıda temperatur 50-60 dərəcəyə çatıb? - Nazirlik rəsmisindənAÇIQLAMA

Bakıda temperatur 50-60 dərəcəyə çatıb? - Nazirlik rəsmisindən

 

Yenixeber.org: Avqust ayı gələndən Azərbaycanda anomal hava şəraiti hökm sürür. Hələ ki temperatur göstəriciləri 40 dərəcədən aşağı düşməyib. Bu cür hava şəraiti əksəriyyətin narahatlığına səbəb olur. Xüsusilə də açıq havada işləyən insanlar, gün altında gəzmək məcburiyyətində qalanlar istilərdən əziyyət çəkirlər.

Digər tərəfdən sosial şəbəkələrdə yol qırağında və ya maşınlardakı termometr qurğularının göstəricilərini paylaşanlar və temperaturun əslində daha çox olduğunu qeyd edənlər də az deyil. Qeyd edək ki, həmin qurğularda temperatur göstəriciləri 50-60 dərəcə arasında dəyişir.

Maraqlıdır, hazırda hökm sürən istilər iqlim normalarına uyğundurmu? Temperatur göstəricilərinin qeyd edilənlərdən yüksək olma ehtimalı nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov Modern.az-a açıqlama verib. O, bildirib ki, bugünkü istilər əslində normaya uyğundur:

“Son günlər temperatur göstəriciləri maksimal həddi aşmayıb. Əslində bu il hava sərin keçdi, elə də isti olmadı. Ümumiyyətlə, yay fəslində hava temperaturu belə də olmalıdır. Azərbaycanda həmişə iyulun sonları avqustun əvvəli hava bu cür olub.  Məsələn, Bakı üçün maksimal norma 41,6 dərəcədir. Zaman-zaman rayonlarda hətta 46 dərəcə olan vaxtlar olub, amma bu il temperatur 42 dərəcəni çox keçməyib. Yəni hazırda hava temperaturu norma səviyyəsindədir.

Yol qırağındakı qurğuların göstəricilərinə gəldikdə isə bu, təbiidir. Həmin  qurğuları gün vurub qızıdırır. Məsələn, maşınlarda da temperatur 50-60 dərəcə arasında göstərə bilər. Həmin göstəricilər əslində havanın temperaturu deyil. Bu, ətrafın təsiri ilə olur. Həmin dərəcələrə inanmaq olmaz”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam