Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Salxım söyüd

 

Yenixeber.org: Bəyim arvad hərdən özünə də suallar verirdi. Nərmindən xahiş edəcəkdi. Özü-özünü inandırmışdı. Düşünürdü ki, gəlini ilə oğlu ayrılandan sonra, Şənlik onun seçəcəyi qızla evlənərsə, övld sahibi olacaqdı. Amma, daha bir ağrılı yeri vardı. Onu da, əri xatırlatmışdı ona. Söhbət əsnasında, söz açmış, fikrini ucundan qulağından sezdirmişdi. Ərşad arif adam idi. Bəyim arvad fikrini açıq-aydın söyləməsə də, arvadının sarı simə toxunduğunu hiss etmişdi. Anlamışdı məramını. Amma tam əleyhinə idi. Axı nəyə görə.? Gül kimi qızdır dedi, Nərmin. Həm də, o da bir evin, bir ocağın övladıdır. Bu vaxta kimi nə nöqsan görmüsən onda. Allahın işidir. Allahın qismətidir. Bəlkə belə buyurub ilahi. Axı sən bunu necə düşünə bilirsən. Bəs bizim balamız, Zərif, ona nədir sözün. Artıq beşinci ilə keçib. Zərifi düşünmürsənmi?.Nərminə necə get deyəcəksən? Özünə bu qədər əminsənmi? Hələ oğlumuz! Onun ağzını aradınmı, bir işarə vurdunmu? Dedinmi ki, illərdir evini, ürəyini isidən sevgili arvadından ayrılman üçün planlar qurmuşam. Artıq, onunla ayrılmalısan! Demisənmi ay insafsız bütün bunları Şənliyə? Əgər demisənsə - bəs mən?. Mənimlə məsləhətləşmək fikrimi bilmək istəmirsənmi? İstəyirsənsə eşit! Mənim gəlinim bu evdən, daha doğrusu Şənliklə qurduğu yuvasından heç vəchlə aralanmayacaq.Sevgi ilə qurduqları yuvanı bir göz qırpımında dağılmasına göz yummayacağam. Bunu bir dəfəlik anlamalısan. Özün yaxşı bilirsən bizim nəsilmizdə, ocağımızda yoxdu bu.Və mən də nə qədər ki, sağam gəlinimi müdafiə edəcəm . Onun arxasındayam hər an, unutma. Mənim gəlinim bu evdən, bu ocaqdan qırağa çıxmayacaq.

Ərşad sözünü deyib evdən çıxmışdı. Birbaşa meydana getmişdi. Meydan yenə qaynayırdı. Hamı hazırki durumu müzakirə edirdi. Düşmən tərəfin hər gün atəşgahı neçə dəfə pozması barədə xəbərləri qızğın müzakirə edirdilər. Yenə düşmən tərəfi azğınlaşmışdı.

Bəyim arvadın fikri qəti idi. Ana ürəyi, gözünün ilk ovu üçün sızlayırdı. Hər dəfə eyvana çıxıb həyətə düşmək istəyəndə gözünə ilk dəyən həyətdən bir az aralı olan, bəzək ağacının yanında tənha qalmış laklı oturacaq olurdu. Yetim kimi görünürdü gözünə. Bu stolun ətrafında çay dəsgahı qurardılar. Ən çox da oğlu ilə gəlini Niyala gələndə. Ərşad da çox xoşlayırdı burda çay süfrəsi açamağı. Stolu əhatəyə alan söyüdün incə tellərini iki əl ilə aralayıb, bu təbii haləni keçib otururardılar çay süfrəsinə. Zərri arvadın nəvəsinin üstünə gələn təcili yardım maşının həkimləri gələn gündən sonra, həyətdəki dəskahlı çay stolunun ləzəti qaçmışdı.

Bəyim arvad istəməsə də, o ağacı baltalatmışdı. Ağacın kəsilmiş hissəsi qaralırdı uzaqdan. Heç bilmirdi o günü necə adlandırsın. Uğursuzmu? Yoxsa uğurlu. Bir onu bilirdi ki, o vaxtdan həyətdə şənlik, gülüş səsləri səngimiş, sonra da tamam yoxa çıxmışdı. O vaxtdan qızı Zərif də az- az gəlirdi ata evinə. Qardaşının Niyala gəlişi də seyrəkləşmişdi. İldə bir dəfə, yarım dəfə, ya gələr, ya da heç gəlməzdi. Üzülürdü Zərif. Qardaşı üçün, Nərmin üçün. Zərif o vaxtdan

yaman xifət edirdi. Anasının Nərminə olan münasibəti onun xoşuna gəlməmişdi. Bir gün onu da beləcə yamanlaya bilərdi qayınanası. Aman o gündən. Öz özünə düşünəndə əti ürpəşirdi. Nərminə haqq qazndırırdı.

Bəyim arvad eyvana çıxdı. Dayanıb bir xeyli həyəti süzdü. Nə düşündüsə geri qayıdıb oğlu ilə gəlinin otağına doğru getdi. Otağı havalandırım deyə düşündü. Mətbəxə keçib siyirməsindəki açarları götürüb qayıtdı. Otağı açıb içəri girdi. Pərdələr salınmış, çarpayı səliqə ilə yığılmışdı. Nərimin gedəndə yığışdırıb necə qoymuşdusa ele də qalırdı. Ondan sonra Şənlik neçə dəfə Niyala gəlmişdisə də, anasının israrına baxmayaraq ele aynəbənddəki divanda yatmış, bu bəzəkli otağa girməyə cəsarət etməmişdi. Axı əhdi –peyman bağlamışdılar. Bu otaqda uşaqlarını böyüdəcək, həmişə birgə gələcəkdilər. Otağa girib Nərimin ab-havasını dəyişdirmək istəmirdi. Bilirdi ki, orada Nərminsiz gözünə yuxu getməyəcək. Otaqda keçirdikləri xoş, günlərinin xatirəsini, diksindirmək istəmirdi. Necə vardı elə də qalsın . Bir də Nərmin gələndə, o, otaqda yataram demişdi. Atalar deyib: sən saydığını say , gör fələk nə sayır. Qismət olacaqdımı, bir də burda sevimli, ala gözlü Nərmini ilə bir çarpayıda yatmaq qismət olacaqdımı. Anasının qırımını gördükcə bunu ümidi azalırdı.

Pərdələri yana çəkib, pəncərənin iki layını da açdı. Hər şey neçə illər bundan əvvəlki kimi idi. Gızılgül ətirli yüngül hava otağa doldu. Otaq boğuntu idi. Dönüb bir də otağı nəzərdən keçirdi. Gələn dəfə Şənlik gələndə burda yatacaq dedi. Düşüncələrində də, qətiyyətli idi. Kənddə qız da, gözaltı etmişdi. Şəhərə bacısı qızının toyuna gedəndə hər şeyi açıb Şənliyə deyəcək onun razılığını alacaqdı. Fikirlərindən özü də ruhlandı. Düzdür Ərşadla söhbəti onu tamam ruhdan salmışdı. Amma özündə qüvvə tapıb planlarını həyata keçirməkdə israrlı idi. Evin qapılarını taybatay açıb, geri qayıtdı. Əvvəlcə çarpayının üstündəki səmərqənd ipəyindən olan incə ipək örtüyü yavaşca götürdü. Eyavan çıxıb zivəyə baxdı. Zivədə olan, dünən yuduğu məhrabaları götürb eyvandakı divanın üstünə tulladı. Bir anlığa ürəyinə sıxıntı gəldi. Bəyim arvad Bu işləri sevə-sevə görürdü. Gəlin evinə əl gəzdirmək , irəli illərdə oğlu ilə gəlininin Niyala gələcəklərini bilədə olduğu kimi, səliqə sahmana salmaq istəyirdi. İçəri girib əvvəlcə ipək ötüyü gətib səliqə ilə iki qatlayıb zivəyə atdı. Sonra yenidən içəri qayıtdı. Ürəyi ilə danışırdı. Nə arzu kamla bəzəmişdilər o vaxt bu evi.

Qız evi Bakıdan durub Niyala gəlmişdi ki, gəlin evini bəzəsinlər. O vaxt qız gəlin, deyə gülə-əl qatmışdılar evə. Boşaldılıb yenidən təmir edilən otağı bir də silib süpürmüş, çiçək kimi təmizləmişdilər. Hərgah o vaxt otağın yenidən silinməsi qaynananı açmasa da, elə əhəmiyyət verməmişdi. Nə az, nə çox yeddi nəfər gəlmişdi ev bəzəməyə. Nərminin iki bacısıda bura daxil idi. Köks ötürüb düşüncələrdən ayrıldı.Bəyim arvad yorğan döşəyi eyvana daşıyıb divanın , stulların üzərində yerləşdirdi. Bunlar Şənliyin bəylik yorğan döşəyi idi. Bəyim arvad bunları öz əliylə sırımış, şirvan naxışları vurmuşdu. Şamaxıda bəy, gəlin yataqlarının hazırlanması,

sırınması elə belə deyildi. Adnan idi. Bütün bunları düşünə-düşünə evdə olan palaz paltarı eyvana daşıdı. Sonra səliqə ilə zivəyə asmağa başladı. Eyvanda al -əlvan bir mənzərə var idi

Dəmir darvazanın alaqapısı özünə məxsus ciyilti ilə açılanda Bəyim arvad qanrılıb səsə boylandı. Qızılgül kollarının yanından salınmış və rəngli çay daşları ilə döşənmiş çığırda Ərşadı gördü. Ərşad gözlərinə inanmadı. Bir anlığa fikri əvvəki illərə qayıtmışdı. Hər il oğlugilin gəlməsi üçün bütün evi, xüsusilə də, gəlin otağını iki gün əvvəl çölə tökər, otağın havasını dəyişərdi. İndi bu mənzərəni görüb dayandı, sualedici nəzərlərlə arvadını süzməyə başladı. Sonra: xeyir ola nə xəbərdi?

Elə başa düşürəm ki, buzları qırmısınız . Uşaqlar gələcəkmi? –belə hazırlaşırsan.

Bəyim arvad nə hazırlığı?- deyib narazı halda dönüb al-əlvan yorğan döşəyə ev ləvazimatına baxdı. Sonra da etinasızlıqla: xəbər -zad yoxdu. Sadəcə otağın havasını dəyişiriəm . Həm də nə qədər bağlı qala bilər bu qapı. Gəlin xanım buranı bəyənmirsə bəyənməsin. Hər halda bura da sahib çıxan olacaq! Ağzını xeyirliyə aç arvad. Ağzından yellər alsın. Necə dilin varır. Buranın sahibinə, nə olub ki?

Budur , sənə deyirəm! Ağlını başına cəm elə, buranın əzəli və əbədi sakini, sahibi oğlum Şənlik, gəinim Nərmindir. Qaldı ki, Zaur oğlum, onun üçün ayrıca gözəl bir ev eşik tikdirəcəm. Kişi bu sözləri deyib, mobil telefonunu cibindən çıxardı. Telefonu bir az aralı tutub diqqətlə nömrələrə baxmağa başladı. Adlar bir-birini əvəzləyirdi. Nərminin adı görünəndə, düyməni sıxıb, nömrəni seçdi. Arvadına ötəri nəzər salıb zəng et düyməsini sıxdı . Bir an sonra telefonda qırıb-qırıq siqnal səsi eşidildi. Nömrə məşğul idi. Aramla yox düyməsini sıxıb mobil telefonu cibinə qoydu. Özlüyündə, bir azdan yenə yığaram deyə fikirləşdi.

Nərmin telefonla danışırdı. Mələk ona indi də, bir yaxşı ginekoloq həkim tapmışdı. Artıq on gün olardı ki, Nərmin müalicələrə başlamışdı. Əvvəlcə Mələk ona bu həkimi məsləhət görəndə razı olmamışdı. Uzun müddət onunla söhbətlər aparmışdı. Dilə tutmuşdu ki, getsin həmin həkimin yanına. Küsmüşdü bəxtinə. İnamı çilik-çilik olub ayaqlar altına tökülmüşdü. Qayınanasının hönkürtüsü, hönkürtü içində söylədikləri hələ də qulaqlarında idi. Düşünürdü. Axır ki, vəfalı rəfiqəsi onu inandırdı. Özünə qaytardı. Ümid verdi ona. Neçə-neçə misallar gətirirdi. Özünü düşünmürsən Şənliyi düşün barı. Kişi xeylağıdır. Kişilər heç də hamısı güclü iradəyə malik deyil. Əvvəl-axır onların da, səbrinin tükənən vaxtı olur. Kənardan nə qədər təsirlər var. Kənar bir qırağa, doğmaca anası onun qulağını doldurur. Axır ki, bir gün dönsə, anasının dediyini desə necə olar axırınız.

Hər gün yazışırdılar Mələklə. Nərmin bütün bu suallar qarşısında sussa da, hərəkət eləmirdi. Nəhayət əzizi, ona doğmadan doğma olan rəfiqəsini sevindirmişdi. Sonu bilmirdi necə olacaq. Həkim müayinələrinə başlamışdı. Şənliyə bildirməmişdi. Yenidən həkimlərə müracət etdiyini ona deməmişdi. Daha onu üzmək istəmirdi. Bütün sonluqlar ümidlərinin qırılması ilə

sona çatırdı. Odur ki, sevimli həyat yoldaşına heç nə demədi. Çalışırdı həkimə getməyi iş vaxtına salsın. İşdə isə nizam intizam güclü idi. Bəzən olurdu ki, ərizə ilə müdirə müracət edir. Öz hesabına neçə saat vaxt götürərək inadla həkimin dediyi müayinələrdən keçirdi. Həkim doğurdan da, çox savadlı idi. Nərminə ümid vermişdi. Bu heç də kor-koranə verilmiş bir sözə bənzəmirdi. Nərmin də ümidlənmişdi. Axı, əvvələr dəhəkimlər deyirdi ki, sənin diaqnozun müalicə olunası xəstəliklər sırasındadır. Atalar demişdir ki, yeməkdən ümid yaxşıdır.

 

Ardı var……

Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam