Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Bu gün Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalı başlayır

Bu gün Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalı başlayır

 

Yenixeber.org: Bu gün Bakıda "Sea Breeze Resort" istirahət mərkəzində ikinci "Jara" Beynəlxalq Musiqi Festivalı başlayır.

AZƏRTAC xəbər verir ki, festivalda iştirak etmək üçün Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib.

Dörd gün davam edəcək festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Saat 19.00-da dünya şöhrətli ifaçıların Xəzərin sahilindəki "Sea Breeze Resort" istirahət mərkəzində qırmızı xalının üstündən keçidi başlayacaq. Festivalın açılış mərasimində məşhur estrada ulduzlarının iştirakı ilə Qala-konsert olacaq, 2017-ci ilin populyar hitləri səsləndiriləcək. Festivalın ilk günündə səhnəyə Vera Brejneva, Qriqori Leps, EMİN, LOBODA, MBAND qrupu, Ani Lorak, Valeriya, Qlyuk'oza, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, Yeqor Krid, MOT və başqaları çıxacaqlar.

İyulun 28-də birinci hissədə Ani Lorak, Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Аlekseyev, Valeriya, Qriqori Leps, "Vremya i Steklo", EMİN, İrina Dubtsova, Qlyk'oza, Jasmin, Lev Leşşenko, Polad Bülbüloğlu və başqalarının iştirakı ilə Qala-konsert təqdim ediləcək. Konsertin ikinci hissəsində isə Sofiya Rotaru ən yaxşı hitlərini səsləndirəcək.

İyulun 29-da “Jara” Festivalının səhnəsini Filip Kirkorov, A'Studio, LOBODA, EMİN, Valeri Meldadze, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyk'oz, Alessandro Safina, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər. Konsertin ikinci hissəsində Alla Puqaçova ən çox sevilən mahnılarını ifa edəcək.

Festivalın sonuncu günündə - iyulun 30-da musiqi həvəskarlarını Qriqori Lepsin yaradıcılıq gecəsi gözləyir. Tamaşaçılara sürpriz duetlər, məşhur hitlərin yeni tərzdə ifası, bir-birindən parlaq musiqi nömrələri təqdim olunacaq. Həmin gün səhnəyə Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Nikolay Baskov, Stas Mixaylov, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Qlyuk'oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Aleksandr Marşal və başqaları çıxacaqlar.

Xatırladaq ki, “Jara-2017”nin aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkindir.

Festivalda hər gün təxminən 35-40 solo və duet səslənəcək. Bu il çoxsaylı tamaşaçı tutumu olan fan-zona yaradılıb, VIP-masalar istisna olmaqla, 2 min oturacaq quraşdırılıb.

Bir qədər sonra KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam