Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda hemodializ xəstələrinin sayı artıb

 

“Azərbaycanda 28 hemodializ mərkəzində 600 hemodializ aparatı 3312 xəstəyə xidmət edir. Hemodializ xəstələrindən 1329 nəfəri Bakı, 1983 nəfəri isə regionlardadır”. APA-nın xəbərinə görə, bunu Kliniki Tibbi Mərkəzin (KTM) Hemodializ şöbəsinin müdiri Mirhaşim Calalov deyib.

 

Yenixeber.org: O bildirib ki, Azərbaycanda hemodializlə müalicə alan xəstələrdən ən kiçiyinin 3, ən yaşlısının 85 yaşı var: “Hazırda 15 yaşa qədər 6 az yaşlı xəstə var. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar”.

 

“Xroniki Böyrək Çatışmazlığı” proqramı üzrə 719 nəfər böyrək köçürülmüş xəstənin olduğunu diqqətə çatdıran şöbə müdirinin sözlərinə görə, 2017-ci ildə 54 nəfərə böyrək köçürülüb: “Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına təmin edilirlər”.

 

M. Calalov qeyd edib ki, ötən illə müqayisədə bu il hemodializ xəstələrinin sayında 12% artım baş verib və ötən il 600 nəfər hemodializ xəstəsi vəfat edib.

 

“Bu il Zərdab və Masallıda yeni hemodializ mərkəzi, Sumqayıt şəhərində isə 15 aparatlıq ikinci hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Bakıda yaşayan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq bu ilin iyul ayının əvvəllərində 3 saylı şəhər xəstəxanasında əlavə 12 aparat istifadəyə verilib”, - şöbə müdiri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam