Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yeni ABŞ-Rusiya qarşıdurması Azərbaycana nə vəd edir?

 

Ekspertlər təhlükələrdən yan keçməyin yolunu açıqladılar

Yenixeber.org: ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Qeyd edək ki, bundan sonra sənədə Senatda baxılmalıdır, sonra isə prezident imzalamalıdır.


Yeni sanksiyalar Rusiya iqtisadiyyatının neft-qaz və bank sektoruna da toxunacaq və daha çox Rusiyanın inşa etmək istədiyi “Şimal axını-2" layihəsini əngəlləmək məqsədi güdür. Siyasi təhlilçilərə görə isə qanun şəklini alacaq yeni sanksiyalar paketindən sonra iki ölkə arasında münasibətlər daha gərgin fazaya keçəcək. Bundan sonra isə ABŞ və Rusiyanın dost-müttəfiqləri üçün də yeni bir sınaq mərhələsi başlaya bilər. Söhbət konkret halda Azərbaycandan gedir. Məlumdur ki, Bakı uzun illərdir ABŞ-la Rusiya arasında balanslı siyasət yürütməyə çalışır. Ancaq qlobal güclər arasında balansı saxlamaq getdikcə çətinləşir. Xüsusilə energetika sahəsində optimal tarazlığı qorumaq indi daha böyük səylər tələb etməkdədir.


ABŞ-ın Rusiyaya yeni sanksiyaları Azərbaycan üçün də “iki od arasında qalmaq” vəziyyəti yarada bilərmi?


Politoloq Qabil Hüseynli öncə bildirdi ki, Qərb Rusiyanın son zamanlar yürütdüyü siyasətdən, atdığı bir sıra addımlardan təlaş keçirməyə başlayıb.

Bu təlaş Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsini sürətləndirir. Rusiya hərbçilərinin son bir həftədə Gürcüstan ərazilərini daxil olması, “Bakı-Supsa” neft ixracı kəmərinin bir hissəsini nəzarətə götürməsi, bunun ardınca Gürcüstan hakimiyyətinin dünyaya “Kömək edin, Rusiya Gürcüstanı işğal edir” çağırışı etməsi isə Qərbin, əsasən də ABŞ-ın Rusiyaya qarşı daha sərt sanksiyalar qəbul etməsinə təkan verə bilər: “Sanksiyaların genişləndirilməsi, daha da geniş təsirli sahələrə aid edilməsi şübhəsizdir. Söhbət elə sanksiyaların qəbul edilməsindən gedir ki, bu, Rusiyanın ”Şimal axını-2" layihəsinin reallaşmasının qarşısını almaq üçündür. Eyni zamanda dünya Rusiyanın postsovet məkanında öz təsirini genişləndirməyə çalışmasından narahatdır. Bunun qarşısını almaq üçün ciddi addımlar atılacağı şəksizdir".


Yeni yaranmış vəziyyətin Azərbaycana necə təsir göstərə biləcəyi və Azərbaycanın nə cür siyasət yürütməsinə gəlincə, politoloq dedi ki, Azərbaycan balanslı siyasətini davam etdirəcək. Həm Rusiya ilə münasibətlər normal saxlanacaq, həm də ABŞ-la: “Bu yaxınlarda prezidentlərin Soçi görüşü, Azərbaycanın Gürcüstanda keçirilən NATO-nun irimiqyaslı təlimlərinə qatılmaması və digər məsələlər Azərbaycanın Rusiya ilə münasibətləri qoruyub saxlamaq xəttinin tərkib hissəsi sayıla bilər. Azərbaycanın həm Rusiya, həm də Qərblə münasibətlərindəki tarazlıq qorunub saxlanılmaqdadır. Qərbi hazırda maraqlandıran Azərbaycan nefti və qazının Avropa bazarlarına çıxarılması və Azərbaycan qazından Rusiyanın ”Şimal axını layihəsi"nə alternativ kimi baxılmasıdır. ABŞ TANAP layihəsinin mütləq gerçəkləşməsi üçün səylərini əsirgəməyəcəyini bəyan edib. Yəni belə görünür ki, Qərbin Azərbaycandan tələbi, məsələn, NATO təlimlərində iştirak, açıq şəkildə qərbyönümlü siyasət yeritdiyini bəyan etmək deyil. TANAP layihəsi və onun davamı olan TAP layihəsinin-boru xətlərinin 70-80 faizinin həyata keçirildiyi bildirilir. Bütün bunlar onu göstərir ki, Qərbin Azərbaycandan əsas gözləntisi olan layihə həyata keçməkdədir. Azərbaycana bu işdə lazımi dəstək verilir. Azərbaycanın enerji sahəsində Qərb üçün strateji əhəmiyyətə malik olan rolu Qərbə yetərlidir. Müəyyən müddətə qədər belə olacaq".

Image result for Qabil Hüseynli


Q.Hüseynli vurğuladı ki, əvvəllər də Rusiyaya bir sıra sanksiyalar tətbiq olunub: “O zaman Azərbaycan və Azərbaycanda çalışan şirkətlər bundan ziyan görməyiblər. Bir sözlə, Azərbaycan Rusiya-ABŞ qarşıdurmasından, Rusiyaya qarşı sanksiyalardan balanslı siyasəti ilə itkisiz çıxa bilər. Qəbul edilən sanksiyaların Azərbaycana ziyanı olmayacaq, əksinə, Azərbaycanın bölgədəki mövqelərini daha möhkəmləndirəcək, hər iki böyük dövlət üçün əhəmiyyətini artıracaq”.
Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, Azərbaycan ABŞ-ın qlobal hərbi strateji, enerji stabilliyi və təhlükəsizliyində mühüm rol alan bir tərəfdaşı kimi həmçinin Avropanın enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında ABŞ-la eyni mövqedən çıxış edən bir oyunçudur. Ölkəmizin əhəmiyyəti artır: “ABŞ-Rusiya qarşıdurması adlandırdığımız sərtləşmiş yeni xarici siyasət beynəlxalq münasibətlərin tamamilə yeni müstəviyə qədəm qoyması və qlobal siyasi sistemdə güclər balansının yenidən formalaşması ilə müşayiət olunur. Bu isə o deməkdir ki, istər ABŞ, istərsə də Rusiya üçün qlobal enerji və beynəlxalq təhlükəsizliyə təsiretmə imkanlarına malik Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyəti, əlbəttə, böyüyür”.


Ekspertin fikrincə, Azərbaycanın iki od arasında qaldığını Rusiya analitikləri məqsədli şəkildə iddia edirlər. Əslində isə Azərbaycan üçün yeni imkanlar açılır: “Cənubi Qafqaz qitələrarası ”tampon zona" adlandırdığımız geosiyasi əhəmiyyətli bir zonadır. Azərbaycan belə əlverişli geosiyasi regionun, zəngin təbii ehtiyatlara, neft yataqlarına malik, beynəlxalq hüquq və prinsiplərə hörmət edən, regiondakı güclər arasında balanslı siyasət yürüdərək öz milli maraqlarına uyğun müstəqil, çoxvektorlu xarici siyasət həyata keçirən mühüm dövlətdir. Bilirik ki, ABŞ-ın Cənubi Qafqazda bütün maraqları, iqtisadi, siyasi və təhlükəsizlik maraqları və xarici siyasətinin ana xətti Rusiyanın Qafqazdakı təsir dairəsini zəiflətmək məqsədi üzərindən qurulub. Qərbin Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməsi, ABŞ-ın sanksiyaları fonunda dəyişən yeni geosiyasi müstəvidə Cənubi Qafqazın digər iki ölkəsindən fərqli olaraq, məhz Azərbaycan yürütdüyü balanslı, coxvektorlu siyasət sayəsində yeni manevr imkanları əldə etmiş olur, Azərbaycan üçün milli maraqlarının müdafiəsində və Dağlıq Qarabağ konfliktinin həllində yeni imkanlar yaranır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam