Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Xarici ölkələrdə verilən təhsil sənədlərinin Azərbaycanda tanınması üçün yenilik edilib

Xarici ölkələrdə verilən təhsil sənədlərinin Azərbaycanda tanınması üçün yenilik edilib

 

Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin Azərbaycanda tanınması üçün yenilik edilib.

 

Yenixeber.org: Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu yeniliklərin həyata keçirilməsi üçün nazir Mikayıl CabbarovAkkreditasiya və Nostrifikasiya İdarəsinin əsasnaməsinə əlavələrin edilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən Azərbaycanın 30 sentyabr 1997-ci il tarixli 367-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın IX.2-ci maddəsinə uyğun olaraq Milli Məlumat Mərkəzi funksiyalarının həyata keçirilməsi Akkreditasiya və Nostrifikasiya İdarəsinə həvalə olunub. Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinə isə bir yeni bəndlər əlavə edilib. Belə ki, idarə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyada nəzərdə tutulmuş Milli Məlumat Mərkəzi funksiyalarını, təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin (ixtisasların) müəyyənləşdirilməsi (nostrifikasiya) üçün xarici ölkələrin müvafiq qurumlarına sorğuların hazırlanıb göndərilməsini və təhsil haqqında sənədlərlə (bütün təhsil pillələri üzrə) bağlı daxil olan sorğuların cavablandırılmasını həyata keçirəcək, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya qoşulmuş ölkələrin aidiyyəti qurumlarına Azərbaycan Respublikasının qanunvericiliyi və təhsil sistemi barədə məlumatların verilməsini təmin edəcək.

 

Yeniliklərin edilməsində məqsəd xarici ölkələrdə verilən təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması, xarici ölkələrin müvafiq qurumlarından daxil olan sorğuların cavablandırılması işinin səmərəli təşkili, prosedurların asanlaşdırılması və bu işdə operativliyin artırılmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam