Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mikayıl Cabbarova ağır ittihamlar:- "Direktorlar deyir ki, get imtahan ver, sonra rüşvətlə səni işə qəbul edək"

 

İyulun 25-də ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib.

Yenixeber.org: Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

AZXEBER.COM-un məlumatına görə, test mərhələsinə start verilən kimi müəllimlərin narazılığı üzə çıxıb. 

Aynurə Nurəliyeva adlı xanım sosial şəbəkələr vasitəsilə Təhsil Naziri Mikayıl Cabbarova müraciət edib. O iddia edib ki, Bakının mərkəzi məktəblərində işə qəbul olmaq rüşvətlədir: "Ay Mikayıl Cabbarov, şəhərdə o qədər məktəb var. Guya indi heç birində vakansiya yoxdur? Bu necə ola bilər ki? Ya birdəfəlik imtahanları ləğv edin, hamı bilsin ki, pulladı, ya da gecəsini, gündüzünə qatıb, oxuyub, əziyyət çəkənlərə rəhminiz gəlsin, əməlli başlı vakansiyalar verin. 1-2 yer kənddə, Şüvəlanda, Nardaranda verməklə milləti dolamayın. İş yeri qiymətini də ildən ilə qaldırmayın, 15 min manata iş olar? O pulla biznes qurmaq mümkündür. Nə var, nə var müəllimlər repetitorluq edəcək deyə qaldrıb qoymusuz bu ixtisası dağ başına. Yenidən oxumaq imkanım olsaydı, inanın ki, bu sənəti seçməzdim. Yenə rüşvət, rüşvət, rüşvət"

Xanım həmçinin Bakı məktəblərindəki direktorları da ifşa edib: "Direktorlar müəllimlərə deyib ki, gedin imtihanı verin, sonra gəlin yanıma. Ancaq nəzərə alın ki, mən tək deyiləm, nazirlik də var. Onların da pulu çatmalıdır"

Şikayətçi həmçinin iddia edib ki, direktorlar bilərəkdən vakant yerləri boş saxlayıblar və müsabiqəyə çıxarmayıblar. Bu da onların rüşvət almaq istəyi ilə bağlıdır. 

Mövzuya yenidən qayıdacağıq. 

Mikayıl Cabbarova ağır ittihamlar:  
Mikayıl Cabbarova ağır ittihamlar:  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam