Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda qanunsuz küçə ticarətinə niyə son qoya bilmirlər...

Bakıda qanunsuz küçə ticarətinə niyə son qoya bilmirlər...

 

Qanunsuz küçə ticarəti Bakının bəzi ərazilərində, xüsusən də metrostansiyaların çıxışlarında müşahidə edilir. Mübarizə aparılmasına baxmayaraq, icazəsiz küçə ticarətinə hələ ki son qoya bilmirlər.  

 

Yenixeber.org: Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Modern.az-a küçə ticarəti ilə bağlı hər zaman mübarizə aparıldığını deyib.

 

“Yayın gəlişi ilə bağlı şəhərə kənd təsərrüfatı məhsulları gətirilir Onların gətirilməsi, yerləşdirilməsi, satışının həyata keçirilməsi qanun çərçivəsində həyata keçirilir. Bizim də vəzifəmiz ondan ibarətdir ki, küçələrdə qanunsuz satışın qarşısını almaqdır. Bunu nə dərəcədə etdiyimizi Bakı sakinləri deyə bilər.

Ötən illərlə müqayisədə küçə ticarəti xeyli azalıb.

Bu gün metrostansiyaların giriş-çıxışında, Dəmiryol vağzalının ətrafında - hansı ki, qatarlarla birbaşa məhsulların gətirilmə nöqtəsi sayılır, o ərazilərdə biz işçi qüvvələri qoymuşuq, qarşılarını yerindəcə alırıq ki, qeyri-qanuni satış həyata keçirilməsin.

Son zamanlar müşahidə etmişik ki, “Koroğlu” metrostansiyasının ətrafında küçə ticarəti intensiv xarakter alıb, bununla da mübarizə aparırıq. Bu işdə Bakı Şəhər Baş Polis idarəsi ilə birgə mübarizə aparırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam