Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Kağız pulların sonu yaxınlaşır - Bitkoin Azərbaycanda da tətbiq oluna bilərmi?

 

Yenixeber.org: Dünya artıq yeni mərhələyə qədəm qoyur. Rəqəmsal texnologiyalar günümüzün ayrılmaz elementinə çevrilib. Bir vaxtlar xəyalımızda belə təsəvvür edə bilmədiyimiz avandanlıqlar bu gün hər birimiz üçün adi əlaqə və yaxud elementar məişət əşyasıdır. Məsələn, 30 il əvvəl kimin ağılına gələrdi ki, dünyanın bir ucundan, o biri ucuna telefon xətti olmadan zəng vura biləcək, əlaqə qurduğu adamla videokörpü yaradacaq? Baxın, bu gün Bakıda oturub Afrikanın istənilən ölkəsi ilə əlaqə yarada bilirik, səsimiz az qala işıq sürəti ilə bir qitədən, digər qitəyə ötürülür. Belə bir fantastik sıçrayış əldə etmiş dünya texnologiyası təbii ki, nəhayətdə ödəniş müxanizmlərini də əhatə etməli idi. Budur, həyatımıza yeni ödəniş vasitəsi qədəm qoyur – kriptovalyuta. Yəni artıq pullarımız da elektoronlaşır. Şübhə yoxdur ki, cəmi bir neçə ildən sonra nə cibimizdə, nə evimizdə, nə də əlimizdə kağız və dəmir pullar qalmayacaq. «Həyatımızı» bütünlüklə smarfona köçürməli olacağıq. Çünki cüzdanımız da elektronlaşacaq və cibimizdə yox, telefonumuzda olacaq. Elə telefon vasitəsilə də istədiyimizi alacaq, istdədiyimizi satacaq və istənilən maliyyə əməlliyatını asanlıqla reallaşdıracağıq.

Bu gün dünyada bir neçə elektorn valyuta forması müvcuddur. Bunlardan bir və deyərdik ki, ən populyarı bitkoindir(Bitcoin). Hazırda dünyanın əksər ölkələrində Bitkoini əsas ödəniş vasitəsinə çevirmək üçün hazırlıq prosesi gedir. Yaponiya bu valyutanı artıq tətbiq etməyə başlayıb. Avropanın bir neçə ölkəsində Bitkoin banklar yaradılır. «Qaçacaq» yerimiz, rəqəmsal dünyanın tərkib hissəsinə çevrilməkdən başqa yolumuz yoxdur. Amma nədənsə, Azərbaycanda yeni sistemin tətbiqinə, elektoron valyutaya keçidə hələlik o qədər də maraq göstərilmir. Müşahidələrimiz göstərir ki, kriptovalyutanın götürdüyü sürət bizim də tempi artırmağımızı zəruri edir. Sabah, biri gün dünyanın aparıcı dövlətləri tamamilə kriptovalyutaya keçəndən sonra dünyanın elektoron maliyyə sistemi ilə bağlantı qurmaqda çətinlik çəkəcəyik. Ən azı indidən pilot layihələr işləmək olar...

Qeyd: Kriptovalyuta – virtaul (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər elektron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarater daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdi və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır. Hətta hesab edirəm ki, kriptovalyutaya internetin qızılı da demək mümkündür.

Bitkoin – ilk rəqəmsal valyuta. 2008-ciil oktyabr ayında Satoşi Nakamuto ləqəbli bir şəxs internetdə şəbəkənin iş prinsipi və protokolun təsvirini əks etdirən “Bitkoin P2P e-cash paper” adlı fayl paylaşır və artıq 2009-cu ilin yanvar ayında ilk bitkoin yaradılır.

Bitkoinin ilk istifadəçiləri isə İT proqramçılar oldu və yarandığı ilk illərdə elə də populyarlıq qazanmadı. 2013-cü ilin yanvar ayında bir bitkoinin dəyəri 13.4 ABŞ dolları oldugu halda həmin ilin noyabr ayında bitkoin dəyəri 1.000 ABŞ dollarına qalxdı. Bunun əsas səbəbləri bitkoinə olan tələbin artması, amerikan brauzer oyunlar şəbəkəsi Zynga-nın bitkoini dəstəkləməsi, həmçinin Kiprdəki universitetlərin birinin tələbələrin illlik ödəniş haqqının bitkoinlərlə ödənilməsi imkanı yaratması oldu. Hazırda Bitkoinin kursu daha da artaraq 2.500 dolara çatıb.

Bəs Azərbaycanda bu ödəniş vasitəsinin tətbiqinə maraq göstərilməməsinin səbəbi nədir?

İqtisadçı Rəşad Həsənov hesab edir ki, bu ödəniş sisteminin tətbiq olunması üçün ilk növbədə cəmiyyətdən hökumətə təklif getməlidir. «Yəni ki, ilk növbədə bitkoinin ödəniş vasitəsi kimi bazarı yaranmalıdır. Həmçinin Azərbaycan əhalisi arasında kriptovalyutanın tətbiqi barədə informasiya çox aşağıdır. Bunun üçün təbliğat işi aparılmalıdır. İnvestorlar və digər fərdi şəxslər tərəfindən bu ödəniş vasitəsinə tələb yarandıqda, artıq hökumətdə hərəkətə keçər və sistemin tətbiqi üçün işlər görməyə başlayar. Əsas məsələlərdən biri bitkoinin ödəniş vasitəsi kimi hüquqi bazasının yaradılmasıdır. Bunun üçün isə əvvəlcə bazar formalaşmalıdır».

İqtisadçının sözlərinə görə, Azərbaycanda bitkoinlərin ödəniş vasitəsi kimi tətbiq olunması növbəti mərhələlərdə mümkün olacaq: "Dünyada bu virtual ödəniş vasitəsi sürətlə genişlənməkdədir. Artıq bir çox ölkələr bitkoinlərin tədavülünə icazə verirlər. Bitkoinlərin dəyəri qısa müddət ərzində 100 dəfərlərlə artıb. Bir çox ölkələr artıq bu ödəniş vasitəsinin hüquqi bazasını yaradır. Məsələn, artıq Yaponiyada bitkoinlər rəsmi ödəniş vasitəsi kimi qəbul olunub. Həmçinin ABŞ-da bu ödəniş vasitəsinə keçidlə bağlı müzakirələr aparılır. Sürətlə qloballaşan dünyada bu sistemin Azərbaycana qısa müddət ərzində tətbiq edilməsi üçün təbliğat işi genişləndirilməlidir. Azərbaycanlılar nəğd pulla ödəniş etməyə daha maraqlıdırlar. Ona görə də, bu sistemin kütləviləşməsi üçün böyük iş görülməlidir. Təbliğat aparmaqla bitkoinləri insanlar üçün ehtibarlı ödəniş vasitəsinə çevirmək mümkün olar. Bitkoinlər barədə informasiyanın aşağı olmasına baxmayaraq, Azərbaycanda da bu ödəniş vasitəsini əldə edən və internet üzərində əməliyyat aparan şəxslər var».

Yeri gəlmişkən, kriptovalyutanın tətbiqinin qaçılmaz olacağına dair fikirlər bank mütəxəssisi tətrəfindən də səsləndirilirb. Bir müddət əvvəl mətbuatda müsahibəsi yayımlanan Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının müdiri Sabit Fətizadə demək olar ki, ilk dəfə bu məsələnin detallarına toxunub və prosesin mahiyyətini geniş şəkildə izah edib. Təkcə bu fakt deməyə əsas verir ki, artıq maliyyə sahəsinin mütəxəssisləri də prosesə ciddi yanaşırlar. Sabit Fətizadə hətta milli elektron pulun da yarana bilcəyini demişdi. Həmin müasahibədən sitat: «Əslində pulların elektronlaşması prosesinin geri dönüşü yoxdur. Qarşıdakı illərdə biz dünya ölkələrinin ardıcıllıqla bu prosesə qoşulduğunun şahidi olacağıq. Mən inanıram ki, Azərbaycan bu sahədə də MDB ölkələri sırasında lokomotiv rolunu oynamaqla daha bir nümunə yarada bilər. Əminəm, vaxt gələcək, Azərbaycanın özünün, məsələn, AZkoin adlı elektron valyutası olacaq. Hazır məhsuldur, hesabına yüklə və ürəyin istədiyi əməliyyatı gerçəkləşdir. Hər şey sadəcə smartfonda bir əməliyyat edəcək qədər sadədir. Hətta "Messenger"lərlə də (Tencent QQ, WeChat) pul köçürməsi bu gün bəzi dövlətlərdə artıq realdır. Bu, nağdsız hesablaşmaların bir növüdür, IT valyutadır. Dünyada hər şey elektronlaşır və bu proses əvvəl-axır ənənəvi ödəniş vasitələrini də əhatə etməlidir. İndi biz həmin mərhələdəyik. Koinlər vasitəsilə biz ən adi ödənişlərimizi də edə biləcəyik. Hansısa bank kartına da ehtiyac qalmayacaq. Koinlərin tətbiqindən sonra bu məsələ də ortadan qalxacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam