Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Pomidor niyə bahalaşıb?

Pomidor niyə bahalaşıb?

 

Pomidorun bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

 

Yenixeber.org:İstehlakçılar  bildirib ki, 1 manat 60 qəpikdən aşağı pomidor tapmaq müşkülə çevrilib. Hətta bəzi supermarketlərdə pomidorun kilosu 2 manatdan satılır. 

“Qafqazinfo” pomidorun qiymətində baş verən bahalaşmanı və qıtlığın səbəblərini araşdırıb.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanın istehsal etdiyi pomidorların əsas hissəsi ixrac olunur: “Əsasən də pomidorların Rusiya  bazarlarına ixrac prosesi baş verir. Çünki Rusiya Türkiyədə istehsal olunan pomidoru qəbul etmir. 

Qeyd edim ki, ölkədə pomidor qeyri- neft sektorunda ixracda birinci yeri tutur. Bu da Rusiyada tələbin çox olması ilə bağlıdır. Türkiyədən gələn pomidorların bir hissəsi də Azərbaycandan Rusiyaya ixrac olunur. 

Ekspert Vahid Məhərrəmov

İkincisi, indi elə bir mövsümdür ki, artıq istixana şəraitində yetişdirilən məhsul tükənir. Açıq şəraitdə isə  bizdə pomidor istehsalı çox azdır.  Yəni bazara məhsul az çıxır. Həm də benzinin qiymətinin artımı artıq bəzi məhsullara, o cümlədən pomidora da təsir edib. Belə ki, pomidor istixanalardan minik maşınlarına, qazellərə yığılır. Sonradan isə yük maşınlarına daşınır. Bu halda isə, minik maşınlarındam istifadə edənlərin benzin xərci də artır”.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev “Qafqazinfo” ya bildirib ki, bazarda pomidor qıtlığından söhbət gedə bilməz: “Çünki şimal və cənub rayonlarında açıq sahələrdə əkilən pomidorların yetişmə fazası başlayıb. Bu pomidorlar da artıq bazarda satılmaqdadır. Qiymətə gəlincə isə, şənbə-bazar günü  keçirilən kənd təsərrüfatı yarmarkalarında pomidorun qiyməıti 50 qəpik-  1 manat arasında dəyişirdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam