Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

BAKIDA kasıbların “soyulduğu” kirayə bazarı

 

İllərdir Azərbaycanda əhalinin ən çox şikayət etdiyi məsələlərdən biri kirayə mənzil bazarı ilə bağlıdır. Bir neçə il öncə mərkəzdən uzaq olan ərazilərdə kirayə mənzillərin daha ucuz olduğu fikri var idi. Artıq son illər bu tendensiya da aradan qalxdı. Hazırda Bakının əksər ərazilərində təmirsiz 1 otaqlı evlər 300 manatdan, 2 otaqlı evlər isə 400-450 manatdan başlayan qiymətlərlə təklif olunur. Təmirli və əşyalı evlər isə daha bahadır.

Yenixeber.org: Müqayisə üçün deyək ki, 2-3 il öncə 250 manata olan evlər 400 manata, 150 manatlıq evlər 300 manata qədər yüksəlib. “Nərimanov”, “Gənclik”, “28 may” kimi ərazilərdə 200-250 manata evlər tapmaq olurdusa, indi o qiymətə heç 1 otaqlı təmirsiz evlər də tapmaq olmur. Nəzərə alsaq ki, Bakıda işləyən əhalinin əskəriyyəti 300-450 manat arası maaşla dolanır. Kirayə mənzillərin bu qədər baha olması isə insanları çətin vəziyyətə salır. Sual olunur ki, 300 manat maaş alan ailə başçısı aldığı pulu kirayə sahibinə versə, özü nə ilə dolanmalıdır? Hələ işsizləri düşünəndə isə vəziyyətin nə qədər acınacaqlı olduğu üzə çıxır. 

Reallıq budur ki, kirayə mənzillərin qiyməti əhalinin gəlirlərinə uyğun nizamlanmır. Bunlara əsas səbəb isə kirayə mənzil bazarında qiymətlərin nizamlanmamasıdır. Kim hansı qiyməti istəyirsə, onu da təyin edir. Hətta, mənzil boş qalsa belə, qiyməti salmırlar. Ali məktəblərdə dərslərin bitməsi və yay mövsümünün başlaması ilə əlaqədar durğunluq müşahidə olunurdu. Artıq bu günlərdə universitetlərdə qəbul imtahanlarının yekunlaşmaq üzrə olması və bir neçə gün sonra sənəd qəbulunun başlaması ilə əlaqədar yeni “tələbə ordusu” Bakıya üz tutacaq. Bir çoxları 1 ay öncədən mənzilləri kirayəyə götürərək işini asanlaşdırmaq istəyir. 

Lakin, bu vəziyyətdən sui-istifadə edən maklerlər onları “tora” salmaq üçün bir-biri ilə yarışırlar. Artıq indidən qiymət artımı tendensiyasını müşahidə etmək olur. Burada maraqlı bir məqamı qeyd edək ki, adətən, tələbə evlərində bir neçə, tələbə qalır. Məsələn, 400 manatlıq evdə 4 tələbə qalırsa, hərəyə 100 manat ödəyirlər. Bu, bəlkə də normal hesab oluna bilər. Amma maklerlər ailələr üçün evlərə də tələbə evləri kimi yanaşır və qiyməti endirmirlər. 4 tələbənin ödəyəcəyi qiyməti 300-400 manat maaş alan ailə ödəyə bilmir. “Gedib daha ucuz qiymətə qalsın” deyə bilərik. İş burasındadır ki, 200-250 manatlıq evlərdə divarlar az qalır adamın üstünə gəlir. Pəncərələr qırıq və yamaqlı, istilik sistemi yox, isti suyu yox, yatmağa yeri yox və sair problemlər mövcuddur. Əgər bir ailənin gəliri azdırsa, o, zülm içində yaşamağa məhkumdurmu? Əlbəttə ki, yox. 

Bu sahəyə nəzarət olmalıdır. Süni şəkildə qiymət artımına yol verilməməlidir. Real qiyməti 200 manat olan evlərin 350-400 manata verilməsinin qarşısı alınmalıdır.

Son 2 ildə 2 dəfə devalvasiya görən Azərbaycanda əhalinin gəlirləri azalıb, ərzaq və digər məhsulların qiyməti isə artıb. Üstəlik, mənzil qiymətləri də azalmır, əksinə artır. Ay kasıb, indi gəl yaşa, görüm necə yaşayırsan?! 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam