Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Keysəriyyə kəsiyi əməliyyatı edilənlərlə bağlı xəbər

 

Yenixeber.org: Keysəriyyə kəsiyi əməliyyatı edilənlərin yarıdan çoxu təkrar bu əməliyyatı etdirənlərdir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Mamalıq və Ginekologiya İnstitutunun baş həkim əvəzi Hicran Kazımova deyib.

Onun sözlərinə görə, institut əsaslı təmir işlərindən sonra bu il martın 27-də yenidən istifadəyə verilib. Həmin müddətdən başlayaraq, Bakı şəhəri və regionlardan müxtəlif risk qruplarına daxil olan hamilələr qəbul edilib. Bu günə qədər 393 normal doğuş, 53 vaxtından əvvəl doğuş olub. Bu müddət ərzində ana ölümü faktı olmayıb.

H.Kazımova qeyd edib ki, vaxtından əvvəl doğuşlar əsasən yaşı 35-dən çox olan qadınlar arasında olur. Belə doğuşlarla müraciət edənlər daha çox həkim müayinəsinə vaxtında müraciət etməyənlər, preeklamsiya diaqnozu qoyulanlardır.

Mama-ginekologiya şöbəsinin müdiri Kəmalə Heydərova deyib ki, bu müddət ərzində 850 qram çəki ilə vaxtından əvvəl doğulan uşaq 1800 qrama çatdırılaraq evə buraxılıb. Hazırda həm ana, həm də uşağın vəziyyəti normaldır. Bu xəstəxanaya daha ağır xəstələr müraciət etdiyindən və institut daha yüksək səviyyəli doğuşayardım müəssisəsi olduğundan burada keysəriyyə kəsiyi əməliyyatı göstəricisi çox olur: "Ancaq institut olaraq, biz fizioloji doğuşa üstünlük veririk. Tibbi göstərişlər olduqda hamiləni əməliyyata götürməyə məcbur oluruq - xəstədə yüksək təzyiq olduqda, preklamsiya olduqda. Lakin qadının istəyi əməliyyata göstəriş deyil"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam