Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Taliban hücum etdi:70 kənd sakini oğurlandı, 7 ölü

 

Taliban hərəkatının yaraqlıları Əfqanıstanının cənubundakı kəndlərin birində azı 70 sakini oğurlayıblar, onların 7-si öldürülüb.

Yenixeber.org: Məlumata görə, 30 nəfərədək sakin azad olunub. Kandahar vilayəti polis idarəsinin başçısı oğurlanan sakinlərin azad olunması istiqamətində əməliyyatların davam etdiyini bildirib.

Əfqanıstanda insan hüquqları üzrə müstəqil komitə şənbə günü Kandaharı Tarinkot şəhəri (Uruzqan vilayəti) ilə birləşdirən yol rayonunda 70-dən çox insanın silahlı dəstə tərəfindən oğurlandığına dair məlumat dərc edib. Təşkilatın bildirdiyinə görə, 40-dan çox sakin hələ də əsirlikdədir.

Son vaxtlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Vaxtilə kənd rayonlarında geniş ərazilər ələ keçirən “Taliban” hərəkatının yaraqlıları hazırda böyük şəhərlərə hücuma başlayıb. Ölkə ərazisində İŞİD terror qruplaşmasının təsiri də güclənməkdədir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam