Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“BakuBus”da içi qızılla dolu oyuncaq qaldı

Qadın “BakuBus”da içi qızılla dolu oyuncaq qoydu

 

“BakuBus” şirkəti dünən 3 saylı marşrut avtobusunda Diana Vəliyeva adlı sərnişinin içində qızıl əşyalar olan oyuncağını itirməsi hadisəsi ilə bağlı açıqlama verib. 

 

Yenixeber.org: Məlumata görə, şirkətin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Lent.az-a bildirib ki, şirkət olaraq “BakuBus" avtobusunun salonunda itirilmiş əşyalara görə cavabdehlik daşımırlar: “Bu, salonda quraşdırılmış lövhədə də göstərilib. Ancaq biz sərnişinlərimizin məmnuniyyətini qazanmaq üçün itirilmiş əşyaları aşkar edərkən onlara təhvil veririk. Hətta bununla bağlı qaynar xətt proqramında əlavə bölmə də yaradılıb. Ancaq təəssüf ki, bəzən avtobusda unudulan əşyaların digər sərnişinlərimiz tərəfindən götürülməsi hallarına da rast gəlmək olur. Bu zaman biz əşyasını itirən sərnişinə polisə müraciət etməsini tövsiyə edirik. Polis orqanlarından daxil olan rəsmi sorğu əsasında əşyanın itirildiyi və ya digər sərnişin tərəfindən götürülməsi təxmin edilən vaxtın görüntüləri çıxarılaraq polis orqanlarına göndərilir. Bundan sonra isə artıq hüquq-mühafizə orqanları hadisəni araşdırıb qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirirlər”.

 
M.Piriyev əlavə edib ki, qeyd olunmuş hadisə ilə bağlı onlara hələ ki, rəsmi sorğu daxil olmayıb. Rəsmi müraciət daxil olarsa, məlumatlar və videogörüntülər polis orqanlarına təhvil veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam