Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? -ARAŞDIRMA

 

Artıq bir ilə yaxındır ki, mediada Günay Axundova adlı gənc ananın övladının doğuşdan sonra xəstəxanada ölməsi, valideynlərindən xəbərsiz kimsəsizlər qəbirstanlığında dəfn olunması ilə bağlı xəbərlər yer alır. Yaxın günlərdə ananın şikayəti üzrə yenidən məhkəmə prossesi baş tutacaq.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə,   AzVision.az müəmmalı məsələni araşdırıb.

Günay Axundovanın 37 yaşı var. 2016-cı il aprelin 6-da Respublika Klinik Xəstəxanasında qeysəriyyə yolu ilə bir oğlan uşağı dünyaya gətirib. Əməliyyatı həmin xəstəxanada çalışan mama-ginekoloq Vüsalə Ağalarova edib. Əməliyyatdan bir gün sonra uşaq tələf olub.

Amma ana övladının meyitini götürmək istəyəndə anlaşılmaz bir oyunun içinə düşüb.

- Bizə morqda dedilər ki, həmin gün Hövsandakı kimsəsizlər qəbiristanlığına dəfn olunması üçün 15-ci tabutda 7 uşaq meyiti göndəriblər,- deyə Günay Axundova bildirib,- Amma biz qəbrin ekshumasiyası zamanı orada 8 uşaq meyiti aşkar etdik. Mənim uşağım həmin meyitlərin içində deyildi. Daha sonra oradan qanqrenaya görə kəsilmiş bir insan ayağı da tapdıq.

15-ci tabutdan çıxan uşaq meyitləri adi sellofan paketlərin içində idi. Hər paketdə cəmi iki-üç sümük olardı. Üzərinə "birka”lar da vurulmuşdu. Müstəntiqə bildirdim ki, bizə təqdim olunan sənəddə tabutda 7 uşaq meyitinin olduğu yazılıb. Amma mənim uşağımın meyiti bu qəbirdə yoxdur. Daha sonra bir uşaq meyiti də tapdıq. Üzərində birkası yox idi. Müstəntiq mənə dedi ki, bu, yəqin, sənin uşağının meyitidir. Mən də dedim ki, axtaraq, ola bilər, birka yaxınlıqda torpağa düşüb.



Müstəntiq tabutun baş tərəfindəki kəsilmiş ayağını yuxarı qaldıranda qara rəngli paket gördük. Digər paketlərin hamısı çürümüş, dağılmış vəziyyətdə olsa da, bu, təzə idi. İçərisində sadəcə bir pampersin arasında iki dənə sümük vardı. Sümüklər də təzə idi. Müstəntiqə dedim ki, bizə deyiblər, burada 7 uşaq meyiti var. Amma biz 9 uşaq meyiti tapdıq axı...

Mən həmişə deyirdim ki, uşağımın üzərində pampers vardı. Çünki həkimlər 4 gün pampers istəmişdilər, yoldaşım da alıb, həkimlərə vermişdi. Məni yalandan inandırmaq üçün həmin o təzə sümükləri pamersin içinə büküb, yeni paketə qoyaraq, qəbri açıblar, tabutun baş tərəfinə yerləşdiriblər ki, ekshumasya zamanı guya uşağımın orada dəfn olunduğunu görüm.


Biz həmin sümükləri də götürüb, yoldaşımla birlikdə DNA testinə getdik. Bir ay sonra qohumumuz müstəntiqə zəng vurub soruşdu ki, DNA testinin nəticəsi necə oldu? Cavab verib ki, müəyyən etmək olmur. Təsəvvür edin ki, bizə həmin analizin nəticəsi olan kağızı da vermədilər.

Mənim əlimdə sənəd var. Orada qeyd olunub ki, uşağım 29 həftə, 2 günlük olub. Amma morqda mənim uşağım kimi təqdim olunan körpənin meyiti 33 həftəlik imiş. 33 həftə ilə 29 həftənin arasında bir ay vaxt var!..

- Yəni sizə başqa bir uşağın meytini veriblər?

- Mənə meyit verilməyib. Mənə sadəcə olar, iki sümük verilib. O sümüklərin də bizim uşağa məxsusu olub-olmadığını müəyyən edə bilmirik. Bəlkə onlar heç insan sümüyü də deyillər. Açığı, toyuğun bud sümüyünə oxşayır. Məhkəmə zamanı hakim bildirdi ki, dünyada uzun illərdən qalmış, çürümüş sümüklər də DNA testi edilə bilir. Necə yəni, bu sümükləri test etmək olmayıb?


Hövsan qəbiristanlığının müdriyyəti mənə dedi ki, ora 7 uşaq meyti göndərilibmiş. Soruşdum ki, həmin meyitlər ayın neçəsində qəbiristanlığa gətirilib? Dedilər, 11-də. Necə ola bilər ki, ayın 9-da mən morqda oluram, orada mənə deyirlər ki, guya soyuducu işləmədiyinə görə, ayın 7-8 də meyitləri basdırmaq üçün qəbirtsanlığa göndəriblər. Qəbiristanlığın müdriyyəti isə mənə deyir ki, meyitlər ayın 11-də ora gətirilib. Bu, məndə şübhə doğurdu. Onlar görüblər ki, mən uşağımın arxasınca morqa qədər getmişəm, meyitini istəyirəm. Buna görə də mənim uşağımın adı ilə səhərisi gün Hövsan qəbiristanlığına bir paket göndəriblər ki, onu görüb, sakitləşim.

Bir il ərzində mən iki müstəntiq dəyişmişəm. Məhkəmə qərar verib ki, gedin, ekshumasiya edin. Bu müddət ərzində isə bir-iki sümük tapıb, gətirib həmin qəbrin baş tərəfinə qoyublar. Əgər uşaqlar eyni vaxtda ölüb və dəfn olunublarsa, niyə üzərində mənim adım qeyd olunan sümüklər də o birilər kimi çürüməyib?



Biz qəbristanlıqdan xəstəxanaya qayıtdıq. Baş həkim Telman bəyin qəbuluna düşdüm. Mənə dedi ki, "qızım, Günay, gəl, səni pulsuz müalicə edim, lazım gələrsə, Türkiyəyə də göndərərəm. 9 aydan sonra qucağına bir uşağı da verim, get evinə”. Mən də ona bildirdim ki, öz uşağımı istəyirəm. "Burada analiz üçün iki manat tapa bilməyən analar var, belə xeyirxah insansınızsa, gedin, onları pulsuz analiz edin”,- dedim.

Müstəntiqin əlində çoxlu sübutlar var. Amma o, qarşı tərəfə güc gələ bilmir. Müstəntiq də mənimlə morqa getdi. Təsəvvür edin ki, morda işləyən kişi məni heç vaxt görməyib, tanımır. Mən içəri girən kimi soruşdu: "Sən Axundova Günaysan?” Dedim, "Alınma yazılıb ki, mən Axundova Günayam? Haradan bilirsən?”

 

Morqdakı kişi mənə qayıtdı ki, "Ay qızım, camaatın heç meytinin yiyəsi tapılmır, sənin uşağını aparıb basdırmışıq, daha nə istəyirsən?” Dedim, xahiş edirəm, jurnalı aç, görüm ki, mənim uşağımı yoldaşıma dediyiniz kimi, ayın 7-8-də basdırmısınızmı?

Jurnalı açdı. Orada tarix yox idi. Sadəcə, guya mənim uşağımla birlikdə dəfn olunan digər uşaqlarının valideynlərinin adları qeyd olunmuşdu. Bütün valideynlərin adları göy qələmlə yazılmışdı. Bir dənə mənim adım isə qırmızı qələmlə işarələnib. Bunu müstəntiq cinayət işinə də daxil edib. Sual verdim ki, niyə mənim adımı qırımızı qələmlə yazmısınız? Cavab verə bilmədi.

- Bütün bunlarda məqsəd nə ola bilər ki?

- Mənim uşağım ölməyib. Buna tam əminəm. Sadəcə olaraq, bunu araşdırb üzə çıxaran yoxdur. Mən istəyirəm ki, səsim eşidilsin. Mənim uşağım ölə bilməzdi! Əlimdə sənəd də var ki, uşaq əməliyyatdan bir gün qabaq tam sağlam vəziyyətdə olub. Onların qoyduqları diaqnozun mənim uşağıma aidiyyatı belə yoxdur. Tabutdan çıxan sümüklər isə toyuğun bud sümüyü idi...

* * *

Hövsan qəbirstanlığı 1991-ci ildə salınıb. İlk vaxtlar orada ruslar dəfn olunurmuşlar. Sonradan müsəlmanlar da basdırılıb. Çox böyük bir ərazini əhatə edən qəbiristanlıqda kimsəsizlərin dəfn olunduğu məzarlığı tapmaq yarım saatdan çox vaxtımızı aldı. Dağılmış torpaq məzarın üzərində təxminən 500-ə yaxın "birka” vardı. Məzarların əksəriyyətinin üzərində olan torpaq eşilmiş, dağılmış vəziyyətdə idi. Yaxınlıqdakı 7 dərin çuxur isə növbəti kimsəsizləri gözləyirdi. Bunu təmtəraqlı məzarları qoruyan, güllərə-çiçəklərə su tökən, addımbaşı "Yasin” oxuyaraq pul qazanan mollalar da təsdiqlədilər.


Qəbirstanlığın özünü təqdim etmək istəməyən gənc müdiri məzarlıqda türmədən, xəstəxanada gəlmiş kimsəsiz meyitləri dəfn etdiklərini bildirdi:



"Bu dəfnlər dövlətin hesabına olur. Çünki həmin şəxslərin heç kimi yoxdur. Bizə ölüm kağızı göndərilir. Orada bütün qeydlər olur. Biz də tabutu açmadan sadəcə olaraq, torpağa dəfn edirik. Bizim tabutu açmağa ixtiyarımız yoxdur. Buna rəsmi dövlət orqanlarının icazəsi olmalıdır.Günay xanımın dediklərinə cavab olaraq bildirirəm ki, biz həmin tabutu açmamamışıq. Bizə tabutu morqdan göndəriblər. Üzərində də ölüm kağızı olub. Biz də onu dəfn etmişik. Tarixlə bağlı dəqiq heç nə deyə bilmərəm. Çünki üzərindən artıq bir ildən çox vaxt keçib”.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının müdir müavini Etibar Əlləzov Günay Axundovanın ittihamlarına cavab olaraq bildirdi ki, hazırda şikayət üzrə yenidən araşdırma aparılır: "Vətəndaşın müraciəti nəzərə alınb. Əgər yeni bir fakt üzə çıxarsa, biz bunu sizə də təqdim edəcəyik”.

* * *

Bütün bunlar nə deməkdir? Körpəsini itirən dərdli bir ananın çırpıntıları, yoxsa doğrudan da hansısa çirkin bir oyun var? Biz ümid edirik ki, yaxın vaxtlarda baş tutacaq məhkəmə bu suala aydınlıq gətirəcək.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam