Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub

Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi telekommunikasiya xidmətləri ilə təmin olunub.

Yenixeber.org AzərTac-a istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Cocuq Mərcanlıda Şahəddin Hüseynovun evində olub, ailəyə telefon aparatı, modem, noutbuk hədiyyə ediblər. Ailə telefon və internet abunə haqqından azad edilib.

Məlumat verilib ki, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kəndə 10 kilometr məsafədən optik kabel çəkilib, 64 nömrə tutumlu elektron Avtomat Telefon Stansiyası (ATS), kənd daxilində telefon kabellərin yeraltı çəkilişi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb, 1200 metrədək məsafədə daxili şəbəkə qurulub. Cocuq Mərcanlıda inşa edilən 50 yeni evin hamısı, həmçinin məktəb telefonlaşdırılıb, internetlə təmin edilib.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Suat Paşayev jurnalistlərə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq yenidən qurulan Cocuq Mərcanlıda əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması işləri yekunlaşıb. Burada ən son texnologiyalardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulmuş ATS-in tutumu gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam