Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Eldar Mahmudovun dindirilməsi yubanır- MƏHKƏMƏNIN QƏRARDADI PROKURORLUĞA YETİŞMƏYİB

 

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə barəsində verilən hökmdən zərərçəkmişlərin şikayəti əsasında Eldar Mahmudov və Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilməyib.
Yenixeber.org: Bu haqda Gununsesi.info-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
O qeyd edib ki, sözügedən təqdimat Baş Prokurorluğa göndərilməyib: “Siz əvvəlcə bir soruşun görək, həmin təqdimat Baş Prokurorluğa göndərilibmi? Göndərilsin ki, sonra lazımı addımlar atılsın”-, deyə o bildirib.
Qeyd edək ki, iyulun 10-da Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Gununsesi.info-nun məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V. Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb.
Məhkəmənin hökmü ilə V. Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib.
Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib.
Məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib.
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunub. V. Ələkbərov sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin cinayət işi üzrə baş müstəntiq olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam