Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İranda toqquşma: Azərbaycanlı polkovnik öldürüldü

 

İranın şimal-qərbində terrorçularla İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında toqquşma olub.

Yenixeber.org Axar.az-a istinadən xəbər verir ki, insident zamanı 3 terrorçu öldürülüb, 4 nəfər isə yaralanıb. Toqquşma zamanı həmçinin SEPAH-ın polkovniki Yasin Qənbəri də döyüş zamanı həlak olub.

Sepahın Həmzə adlı 3-cü ordu qərargahından verilən məlumatda isə öldürülən terrorçular xarici dövlətlərin casus şəbəkəsinin muzdluları adlandırılıb. Onların hansı qrupa və ya terror təşkilatına bağlı olduqları barədə məlumat verilməyib. Bəyanatda həmçinin terrorçu dəstənin sağ qalan üzvlərinin toqquşmadan sonra sərhədi keçərək qaçmağa nail olduqları bildirilib.

Qeyd edək ki, Həmzə qərargahı Qərbi Azərbaycan, Kurdüstan və Kirmanşah vilayətlərinin təhlükəsizliyinə cavab verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam