Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İsrail hərbi əməliyyata hazırlaşır

 

     Fələstin prezidenti: "İsrail bir neçə saata Fələstini vuracaq"

 

       "İsrail bir neçə saat ərzində əməliyyat başlaya bilər".
   "Xeberinfo.com": Bu barədə Fələstin prezidenti Mahmud Abbas deyib. Ölkə başçısı Qüdsdəki təşkilat və qurumların nümayəndələri ilə görüşü zamanı verdiyi açıqlama verib. 
    "İsraillilər bu hərəkətləri ilə bizləri yerimizdən və yurdumuzdan çıxartmaq istəyir. Ancaq biz onlara deyirik ki, biz getməyəcəyik. Fələstin rəhbərliyi Qəzzanı dağıntıdan qorumaq və axan qanı dayandırmaq üçün hər cür ünsiyyəti qurur. Ən əhəmiyyətlisi də budur. Əhəmiyyətli olan, kimin qazanc əldə edib, kimin zərər edəcəyi deyil. Atəşkəs üçün tərəflərin heç birindən şərt qoşmasını istəmirik, çünki əhəmiyyətli olan axan qanın dayandırılmasıdır. Misir hər iki tərəflə ünsiyyət qurub ancaq müvəffəqiyyət əldə edə bilmədi".
Fələstin dövlət başçısı əməliyyatların dayandırılması üçün addımlar atıldığı söyləyib: "Amerika ilə danışdıq və onlardan hərbi əməliyyatların İsrail tərəfindən dayandırılmasını istədik. Biz də əməliyyatlarını dayandırması üçün Həması razı salmağa çalışırıq ancaq bu məsələdə müvəffəqiyyətli ola bilmədik. Mən heç kimsəni tənqid etmək istəmirəm. Ancaq bu üsulla nəticə əldə etmək olmaz. Biz, balanssız döyüşün dayanmasını istəyirik. Bu vəziyyət dözmək mümkün deyil". 
Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu Fələstinə əməliyyatların davam edəcəyini açıqlayıb. O bildirib ki, əməliyyatın üçüncü günündəyik və proses davam edəcək: "Həmasa və terroristləri sərt zərbə vurduq. Kampaniya davam etdiyi müddətcə daha da sərt vurmağa davam edəcəyik. İsrail Müdafiə Qüvvələri və təhlükəsizlik qüvvələrinə qərarlı, qəti və professionallığı üçün bütün israillilərin minnətdarlığını çatdırıram. Qüvvələrimiz vətəndaşları və günahsızları vurmaqdan qaçırlar. Ancaq Həmas Fələstinli vətəndaşların arxasında gizlənir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam