Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“MTN işi” məhkəməsində general Elçin Quliyevlə zərərçəkmiş arasında mübahisə yaranıb- "Gedib kiməsə deməli idi ki, mən 300 min manat pul almışam?"

 

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenixeber.org: APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə
Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ələkbər Heydərovun epizodu üzrə ləğv edilmiş MTN-in Antiterror mərkəzinin sabiq əməkdaşı Fuad Fətəliyev ifadə verib. O, deyib ki, bütün qərarları mərhum MTN polkovniki İlqar Əliyev qəbul edib: "Mən sadəcə, əmrləri yerinə yetirmişəm. Ələkbər Heydərovun saxta sənədlər verməsi ilə bağlı həbs olunması əməliyyatının istintaqını aparmışam. Mən yalnız Ələkbər Heydərovdan izahat almışam və onu sonra buraxmışıq. Ancaq sonradan Ələkbər Heydərovdan İlqar Əliyevin pul aldığını eşitmişəm. Ancaq bu barədə dəqiq məlumatım yoxdur".

Zərərçəkmiş Ə. Əliyev isə buna etiraz edib və şahidi tanımadığını, ondan bu şəxsin izahat almadığını deyib.

Bu zaman təqsirləndirilən E. Quliyev zərərçəkmişə etiraz edərək, Ə. Heydərovdan 300 min manat alınması ilə bağlı söhbətlərin İlqar Əliyev tərəfindən yayılmasının inandırıcı olmadığını deyib: "Təsəvvür edin, İlqar Əliyev pul alıb. Gedib kiməsə deməli idi ki, mən 300 min manat pul almışam? Axı bu məntiqsizdir. Digər tərəfdən zərərçəkmişdən pulu mən almamışam. Mənə bu epizod üzrə niyə ittiham verilib?".

Zərərçəkmiş Ə. Heydərov da E. Quliyev adını çəkmədiyini deyib.

E. Quliyev isə cavabında zərərçəkmişə "bəs onda mən niyə burda oturmuşam, təqsirim nədir?" sualını verib.

Zərərçəkmiş isə E. Quliyevə pul vermədiyini deyib və bu zaman onlar arasında mübahisə yaranıb.

Hakim prosesə müdaxilə etdiyinə görə E. Quliyevə xəbərdarlıq edib.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam