Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycanda nə qədər pensiyaçı var? -AÇIQLANDI

Azərbaycanda nə qədər pensiyaçı var? -

 

2017-ci ilin 1 iyul tarixinə Azərbaycanda  əmək pensiyaçılarının sayı 1 mln. 325 min nəfər təşkil edir.


Yenixeber.org: Bunu "APA-Economics" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.


"Onlardan 59,2%-i yaşa görə, 11,5%-i ailə başçısını itirməyə görə, 29,3%-i isə əlilliyə görə əmək pensiyası alır. Ölkəmizdə  əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikasının cari ildə də davam etməsinə imkan verib", - deyə o vurğulayıb.


Şöbə müdirinin sözlərinə görə, cari ilin əvvəlindən Azərbaycan prezidentinin sərəncamına əsasən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə (12,4%) uyğun şəkildə indeksləşdirilərək artırılması təmin olunub: "Ümumilikdə, cari ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata çatıb. O cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği də 6,4% artaraq 224 manat təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsi hər ay pensiyaların həmin ay içərisində maliyyələşdirilməsinə imkan yaradıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam