Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İş başında şikəst edilmiş meşə gözətçisi kömək istəyir:ədliyyə və daxili işlər nazirlərindən

İş başında şikəst edilmiş meşə gözətçisi kömək istəyir:

 

Yenixeber.org: Redaksiyamıza Ağdaş Meşə İdarəsinin Ağzıbir meşəbəyliyinin 4 saylı dolayısının meşə gözətçisi Ərəstun Əşrəf oğlu Məmmədov tərəfindən müraciət daxil olmuşdur. Əsli daxili işlər və ədliyyə nazirlərinə ünvanlanmış müraciətin müəllifi 23 ildən bəri adıçəkilən idarədə çalışdığını bildirir və dövlət tərəfindən ona həvalə olunan vəzifəni daim vicdanla yerinə yetirdiyini qeyd edir. Daha sonra o, bu il aprelin 21-də başına gətirilən cinayət hadisəsi barədə məlumat verir. Ə. Məmmədov yazır ki, qeyd edilən tarixdə iş başında olarkən Ağdaş rayon Kotavan kənd sakini Şirinov Asim Atamoğlan oğlunu meşədə yaşıl ağacları xəlvəti kəsərək qoşqulu traktorla oğurluyub apararkən saxlatdırıb. A.Şirinov isə qanuna tabe olmaq istəməyərək onun həyatına qəsdən orta ağır dərəcədə xəsarət yetirməklə cinayət törədib. Belə ki, A.Şirinov traktoru onun üstünə sürərək yaralayıb. Traktorun arxa böyük təkəri şikayətçinin sağ ayağımın üstündən keçib. Bununla da ürəyi soyumayan A.Şirinov traktoru saxlayaraq onu yumruq altına salıb. Həmin hadisədən sonra Ərəstun Məmmədov rayon mərkəzinə gətirilərək xəstəxanada yerləşdirilib. Bütün bu hadisələr barədə Ağdaş polisi məlumatlı olsa da, zərərçəkmişi dindirməyib. Yalnız Ə.Məmmədovun 24.04.2017-ci il tarixdə DİN-nin 102 qaynar xəttinə zəngindən sonra Ağdaş rayon Polis İdarəsinin müstəntiqi Azad Məmmədov xəstəxanaya gələrək ondan izahat alaraq çıxıb gedib. O, Ə.Məmmədovun sifətinin tanınmaz vəziyyətdə olduğunu, burnunun sındığını, ayağının gipsdə olduğunu da görüb...”

Hadisənin qısa məzmunu bundan ibarətdir.

Müraciət müəllifi bundan sonra, yəni o, xəstəxanada yatdığı zaman Asim Şirinovun atası Atamoğlan Şirinovun Ağdaş rayon Polis İdarəsinin müstəntiqi, mayor Azad Məmmədovla əlaqəyə girərək işi istədikləri kimi sənədləşdirməyə nail olduqlarını yazır. Şikayətçi daha sonra əlavə edir: “İlkin sənədləşmə işi Ağdaş Məhkəmə Tibb-ekspertizasında həyata keçirilmişdir. Əvvəlki arayışdan fərqli olaraq sonrakı arayışda onlar məqsədlərinə uyğun düzəlişlər etdirmişlər. Onlar Asimin traktoru sürərək ayağımın üstündən keçməsini və bunun nəticəsində sağ ayağımın topuq nahiyəsindən sınmasını, yumruq zərbələri ilə burnuma ağır xəsarət yetirməsini mənim ehtiyatsızlıq edib lafetdən yıxılmağım və burnumun küt alətə dəyərək sınması kimi sənədləşdmişlər. Bununla da AR CM 127.2.1 maddəsini aradan çıxarmışlar.

Digər məqam: Ağdaş Meşə İdarəsinin rəhbəri Ramin Lətifov da Asim Şirinovun 4 metrlik lafetinin içərisində onun içi boyu kəsilərək yığılmış 22 ədəd oğurluq yaş

akasiya ağacları ilə bağlı saxta sənəd vermişdir. O, öz arayışında bir ədəd ağacın dibindən, 11 ədəd ağacın isə qurumuş budaqlar olaraq kəsildiyini yazmaqla AR CM 259.2-ci maddəsinin aradan qalxmasına şərait yaratmışdır.

Müstəntiq Azad Məmmədov isə AR CM 127.2.1 və AR CM 259.2-ci maddələri əvəzinə Şirinov Asim Atamoğlan oğluna İXM 157-ci maddəsini irəli sürərək cinayətin ləğv ediməsi barədə qərardad hazırlamışdır.

Mən xəstəxanada 16 gün yatdıqdan sonra öz xahişimlə evə buraxılmışam. Müstəntiq Azad Məmmədov həmin günlərdə mənə verdiyi telefon nömrəsini sonradan bağlamış, onunla əlaqə saxlaya bilməmişəm. Bununla bərabər, düşünmüşəm ki, hər şey qanun çərçivəsində həll olunacaq, istintaq obyektiv şəkildə aparılacaq.

Lakin 31.05.2017-ci il tarixdə axşamüstü polis sahə müvvəkkili mənə zəng edərək səhər məhkəməyə gəlməyimi tapşırıb. 01.06.2017-ci il tarixdə əsa ilə Ağdaş rayon Məhkəməsinə gətirildim. Saat 11.00-da hakim Ruslan Əlizadə işə baxaraq, Asim Şirinovu 500 AZN məblələğində cərimə edən qərar çıxarmaqla işi başa çatdırdı. Hakimə etiraz etdikdə, uşaq başı aldadırmış kimi, məni nahar yeməyinə dəvət etdi.

Bir həftə get-gəldən sonra güc-bəla ilə hakimin qərarını ala bildim. Ağdaş polis müstəntiqi Azad Məmmədovun xəlvəti hazırladığı rəyi isə xüsusi çətinliklə əldə etdim. Mən, yalnız məhkəmədən sonra polis müstəniqinin qərarı ilə tanış oldum. Halbuki, bu qərar məhkəməyə qədər mənə göstərilməli idi. Mən də bu qərardadla tanış olmalı, razı olmadığım halda şikayət etməli, məhkəmə tibb ekspertinə öz etirazımı bildirməli, təkrar yoxlama tələb etməli, öz hüquqlarımı müdafiə etməli idim. Təəssüf ki, bu qərar məndən gizlədilmişdi. Bununla bağlı mənim etirazıma məhkəmədə əhəmiyyət belə verilmədi”.

Müraciət müəllifi hadisə baş verdiyi andan bu günədək yerli hüququq mühafizə orqanlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturlarının ona qarşı biganə münasibət bəslədiyini vurğulayır: “Ağdaş rayon Polis İdarəsi müstəntiqi hadisə törənəndən 3 gün sonra, mən yalnız DİN-nin "102" qaynar xəttinə zəng etdikdən sonra, xəstəxanaya gəlmişdir. Ağdaş rayon Prokuroruna hadisənin 3-cü günü müraciət etsəm də, sonadək heç bir məsələyə münasibət bildirməmişdir. 2016-cı ilin payız və qış aylarında çalışdığım idarəyə-Ağdaş Meşə İdarəsinin rəhbərliyinə dəfələrlə şifahi və yazılı şəkildə meşə ağaclarının Şirinov Atamoğlan və onun oğlu Asim Şirinov tərəfindən gecə oğurlanması barədə məlumat versəm də, şikayətimə baxıllmamışdır. (Həmin vaxt Ağdaş Meşə İdarəsinin müdiri Cahid Dadaşov idi. Cahid Dadaşov ETSN-nin Meşələrin Qorunması Departamentinin sabiq direktoru Xəlil müəllimin “güclü kadrı” kimi neçə aydır ki, Göygöl Meşə İdarəsinə müdir təyin edilib (?) Hətta, nazirliyin müfəttişləri də yazdığım və poçt vasitəsi ilə göndərdiyim məktubların heç birinin əslini tapa bilmirlər. Halbuki, həmin məktubların poçt vasitəsilə göndərilmiş surətləri məndə durur və həmin məktublarda meşənin talan olunmasını konkret faktlarla göstərmişəm. Dövlət əmlakını belə qoruyurlarmı?

Müraciət müəllifi sonda ədliyyə və daxili işlər nazirlərindən bir daha işə obyektiv yanaşılmasını xahiş edir.

Ərəstun Əşrəf oğlu Məmmədov

14. 07. 2017-ci il

 

 

İş başında şikəst edilmiş meşə gözətçisi kömək istəyir:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam