Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Mən onlara deyirəm – ayıb olsun!”

 

Həmid Herisçi: “Təəssüf ki, ölümündən sonra da Səməd Vurğunu da “öldürmək” istəyənlər var”; Akif Aşırlı: “Səməd Vurğun çox böyük şəxsiyyət olduğu üçün onun faciələri də böyük olub”


Yenixeber.org: Azərbaycanın ilk şairi Səməd Vurğun haqqında müzakirə və mübahisələr səngimir. Bəzi ziyalıların şair haqqında tənqidi fikirləri gündəmin müzakirə mövzusuna çevrilib. Hətta şairin şeir nümunələrinin dərsliklərdən çıxarılması, ondan imtina edilməsi haqda fikir bildirənlər də var. Lakin sosial şəbəkələrdə, mətbuatda əksəriyyət şairin satqın adlandırlmasına etiraz edir, onun əvvəlki kimi xalq şairi dəyərini saxladığını bildirirlər. Beləliklə xalqın şairinə olan sevgisi açıq-aşkar görünməkdədir.


Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca “Yeni Müsavat”a danışaraq Səməd Vurğunu tənqid və təhqir edənləri qınayıb:

Image result for Fikrət Qoca


“Əvvəla onlar özlərinə bir sula versinlər ki, əgər 1937-38-ci illərdə Səməd Vurğunun yerində olsaydılar özlərini necə aparardılar? Bu, məlum deyil. Mən onlara deyirəm – ayıb olsun! Onun yaratdıqları hələ də yaşayır və nə qədər nəsil yaşayacaq. Adi götürək “Vaqif” poemasını, Vaqifin adı Səməd Vurğunla bağlıdır. Səməd Vurğun Azərbaycan dilinə təmizlik gətirib, uşaqlarımıza bu dili öyrədib. Şeirlərimizə dadı-duzu gətirib. Adam gərək birinci özünə baxsın, sonra başqası haqqında nəsə desin”.


Tanınmış jurnalist-araşdırmaçı Həmid Herisçi isə müzakirələri bir təxribat saydığını dedi:

Image result for Həmid Herisçi


“Hesab edirəm ki, görünür sağlığında da Səməd Vurğunu qaralayanlar, ona qara yaxmaq, güllələmək istəyənlər olub. Təəssüf ki, ölümündən sonra da bu şairi “öldürmək” istəyənlər varmış. Və təəssüf ki, bu insanlar bizim sıralarımızda olan, ziyalı şəxslərdir. Mən bunu dərk edə bilmirəm ki, “Azərbaycan2 kimi bu cür böyük şeiri yazan şairi necə vətən xaini və yaxud satqın adlandırmaq olar. Fikrimcə bu kompaniyanı başlayanların özləri 37-ci il üslubunda, estetikasında hərəkət edirlər. Çünki dəsti-xətt eynidir, o dövrdə də belə olub. Əvvəlcə kimsə durub birdən-birə deyib ki, “sən xəyanətkarsan”. Sonra onun “qul-beçələri” bu məsələyə qoşulub, həmin məlumatı tirajlayıblar və müəyyən tədbirlərə əl atıblar. Düşünürəm ki, M.Müşfiq də, H.Cavid də bu cür həbs olunub.


Hikmət Hacızadə bu məsələdə əsl 37-ci il estetikasında hərəkət edib, barmağı ilə bir nəfəri göstərib ki, “bunu tutun!”. O zaman KQB-yə ismarıc göndərilirdi, indi isə cəmiyyətə, sosial şəbəkə istifadəçilərinə. Əvvəllər bunu dövlət edirdi, indi isə xalqın, izdihamın öhdəsinə atırlar.


Baxın, göstərsinlər o sənədi ki, orda Səməd Vurğunun imzası var. Belə bir sənəd olsa idi, onu çoxdan ortalığa çıxartmışdılar. Bu cür işlərə girişən alimlər gərək öz cavabdehliklərini anlasınlar, yaxşı bir araşdırma aparıb ciddi bir sənədləri ortaya çıxartsınlar, sonra mediada öz “sürüşkən” iddialarını irəli sürsünlər. Bu sözləri deyən insanların özləri mənə yaltaq, bəzən də xarici qurumlara işləyən şəxslər kimi görünür”.


“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə qeyd etdi ki, bu cür müzakirələrin şəxsiyyət üzərində qurulması doğru deyil:

Image result for Akif Aşırlı


“Son vaxtlarda Səməd Vurğun və 20-ci əsr Azərbaycan Sovet ədəbiyyatının yaradıcıları, qurucuları haqqında belə bir informasiyalar yayılır və müzakirə edilir. Əslində bu cür müzakirələr kiminsə şəxsiyyəti üzərində qurulmamalıdır. Yəni, həmin dönəmdə təbii ki, şair və yazıçılar müəyyən bir ideologiyaya xidmət ediblər. Bu, maksizim və leninizm ideologiyası idi və bundan kənara çıxmaq mümkün deyildi. Hətta Əhməd Cavadın da oktyabr inqilabına həsr olunan onlarca şeirləri, ədəbi nümunələri var. Bunlar haqqında tənqidi fikirlər səsləndirilə bilər, lakin çox təəssüf ki, artıq onların yaradıcılığının təhlili üzərində deyil, şəxsiyyətləri üzərində müzakirələr aparılır, hətta təhqirlərə yol verilir, kimisə satqın, cəllad adlandırır və bunu hansısa əsaslar ətrafında etmirlər. Qeyd edim ki, həmin dövrdə Səməd Vurğunu milliyyətçilikdə, hətta müsavatçılıqda günahlandıranlar da olub. O, hələ 37-ci repressiyalarda ən ağır ölümü yaşamış şairdir. Səməd Vurğun Azərbaycan ədəbiyyatına bir möhür vurmuş şairdir, şəxsiyyətdir. Onun yaradıcılığını səciyyələndirən tərəf budur ki, o, 5 min Azərbaycan sözündən istifadə edib. Səməd Vurğunun poeziyası Azərbaycan xalq poeziyasıdır, xalqın içərisindən gələn və coşqun qarşılanan poeziyadır. Nə qədər ki, Azərbaycan xalqı var, Səməd Vurğun poeziyası yaşayacaq. Diqqət edin ki, adi kiçik yaşlı uşaqlar belə “Azərbaycan” şeirini bilir.


Çox təəssüf edirəm ki, Hikmət Hacızadə qədər kifayət qədər savadlı, intellektual bir insan həmin dövrün kontekstindən çıxış etmir və indiki müstəqil dövrün baxışları ilə S.Vurğunun yaradıcılığını təhlil edir. Bu cür ziyalılar hər bir tarixi şəxsiyyəti, şairi təhlil edərkən onu dövründən, zamanında ayrı götürə bilməz. Çünki dövr, zaman həmin şəxsiyyətin yaradıcılığına, fəaliyyətinə çox böyük təsir edir və dərin izlər buraxır.


Səməd Vurğun çox böyük şəxsiyyət olduğu üçün onun faciələri də böyük olub. Sovet dönəmində onun qələminə məxsus olmayan şeirlər yazılıb, tənqid, təhqir olunub. Hansı ki, həmin nümunələr ona məxsus olmayıb. Budur, bədbəxtçilikdir. Bunu ziyalılar edəndə, insana çox pis təsir edir”.


Xalidə Gəray,
Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam