Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan millisinin bağışlanan futbolçusu:- "Mənim də, mənə qarşı edilən səhvlər də oldu"

Türkiyənin “Bursaspor” klubunun rəhbərliyi tərəfindən bağışlanan Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Avstriyada təlim-məşq toplanışında olan əsas komandanın məşqinə qatılıb. “Report”un məlumatına görə, bu gün baş tutan məşqdən öncə baş məşqçi Pol Le Quenin və 29 yaşlı hücumçunun iştirakı ilə brifinq keçirilib.
Yenixeber.org:
Bursa təmsilçisinin fransalı baş məşqçisi bildirib ki, Azərbaycan yığmasının futbolçusunun komandaya faya verəcəyini düşündükləri üçün belə bir addım atıblar. O, Yılmaza yeni mövsümdə uğurlar diləyib: “Deniz Yılmaz bizim üçün faydalı ola biləcək oyunçudur. Daha əvvəl klubla onun arasındakı problemin çözülməsinin çətin olduğunu söyləmişdim. Lakin bu andan etibarən keçmiş keşmişdə qaldı. Klubun maraqları hər şeydən üstündür. Deniz bu gün komanda ilə birgə məşqə çıxacaq. Əminəm ki, o da keçmişdə olanları unudaraq, komandaya fayda vermək üçün əlindən gələnin ən yaxşısını edəcək. Mən öz tərəfimdən məsuliyyəti üzərimə götürdüm. Bunu bir adamın etməsi lazım idi. Denizin komandaya qatılmasını istədim. “Bursaspor”un maraqları üçün doğru bir qərar olduğuna ümid edirəm. Yılmaza uğurlu mövsüm arzulayıram. Avstriyaya çoxlu sayda yoxlama oyunu keçirmək üçün gəlmişik. Komandanın ritmi tutması üçün bunun önəmli olduğunu düşünürəm. Bu gün icazə vaxtı bitən Behiş ve Deniz geri döndülər. İkisi də yaxşı mövsüm keçirəcəklər və komandaya uyğunlaşacaqlar. Denizə yeni bir transfer gözü ilə baxa bilərik”.
Yılmaz isə yenidən azarkeşlərin sevgisini qazanmaq üçün əlindən gələni edəcəyini bildirib: "Dönüb geriyə baxan ve özünə tənqidi yanaşan hər kəs yeni bir şansı, yeni bir başlangıcı haqq edər. Keçmişdə qalmağın heç kimə fayda verməyəcəyini düşündüm. Bu forma üçün savaşmaq istədim və baş məşqçimiz də mənə bu şansı verdi. Bəli, hamı kimi mənim də səhvlərim oldu. Mənə qarşı edilən səhvlər də oldu. Amma əsas məsələ bir-birimizi anlamaqdır. Mən azarkeşlərimizi başa düşürəm. "Bursaspor"a fayda vermək istədiyimi onların da anlamalarını və xoşagəlməz olayların ardından mənə anlayış göstərmələrini gözləyirəm. Baş məşqçi və komanda yoldaşlarıma mənim yenidən onlarla bərabər olmağımı istədikləri üçün təşəkkür edirəm. Geriyə dönüş hekayəsinin qapısını onlar açdılar və o qapıdan girdiyim andan etibaren yeganə düşüncəm azarkeşlərimizi məmnun edəcək nəticələrdə rol oynamaq və qısa müddətli ayrılıqdan sonra yenidən onların könlünü qazanmaqdır”.
Qeyd edək ki, Deniz Yılmaz son mövsümün gedişində "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılıb. O, əmək haqqını ala bilmədiyi üçün FİFA-ya şikayət ediyinə görə cəzalandırılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam