Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Beynim çöndü vurdum”-26 yaşlı qızın dəhşətli qətli

 

Üzüyü qaytaran nişanlısını amansızlıqla qətlə yetirməkdə və onun bacısına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Yenixeber.org: Məlumata görə, Nəcəf Məcidovun cinayər işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutub.

Prosesdə dövlət ittihamçısı Ramin Nağdəliyev ittiham aktını elan edib.

İttihamda yazılır ki, hadisə bu ilin martında Bakının Binə qəsəbəsində baş verib.

Nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb.

Müəyyən edilib ki, 26 yaşlı nişanlısı İlahə Ağayevanı bıçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarılsa da, onu elə Binə qəsəbəsində tutulub.

Məlum olub ki, Nəcəf Məcidov qətli törədəndən sonra Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.

Onun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Qətlə yetiriləb İlahə Ağayevanın 26 yaşı okub. Mərhum Nəcəf Məcidova üzüyü geri qaytaracağı barədə xəbər göndərib. Səbəb isə Nəcəfin tüfeyli həyat tərzi sürməsi olub.

Nəcəf Məcidov nişanlısı ilə görüşmək istəsə də qız bunu qəbul etməyib. Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.

Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilən Nəcəf Məcidov əməlini etiraf edib və özünü təqsirli bilib.

İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyən Nəcəf bəzi fikirlərlə razılaşmadığını deyib.

Onun sözlərinə görə, hadisə baş verən zaman nişanlısı ilə onların həyətlərində olan hamamda görüşüblər. Həmin vaxt hamamda olanda Nəcəf qapını içəridən bağlayıb.

"Amma yazılıb ki, qapı açıq olmayıb, qapını zorla açıblar. Əslində isə belə deyil. Biz həmişə hamamda görüşürdük. Hava soyuq olduğu üçün qapını da içəridən bağlayırdıq ki, içəri isti olsun. Həmin gün biz hamamda görüşmüşük, hamamın qapısını bağlamağımın səbəbihavanın soyuq olması olub. Qapını bağlamışdıq ki, içəri isti olsun. Orada söhbətimizi etmişik, söhbət zamanı aramızda mübahisə yaranıb. İlahə məndən ayrılmaq istədiyini bildirdi. Bundan sonra beynim çöndü, onu bıçaqla vurdum. İlahəni vurandan sonra qapını özüm açdım və hamamdan çölə çıxdım. Həmin vaxt Rəhimə orada olmayıb. İlahə ilə mübahisə etdiyim üçün əsəbi idim, çölə çıxandan sonra Rəhimə ora gəldi və qışqıraraq üstümə hücum çəkdi. Mən də onu vurdum. Həmin vaxt özümdə olmamışam"- deyə Nəfəf qeyd edib.

Nişanlısı ilə münasibətlərinin son günlərdə yaxşı olmadığını deyən Nəcəf səbəbi belə izah edib:

"İlahə ilə münasibətlərim yaxşı olmayıb. Ona iradlarımı bildirdim. O, iradlarıma əhəmiyyət vermirdi. Deyirdim ki, iradlarımda qəbahətli nə var?”

Daha sonra zərərçəkmiş şəxs və hadisənin əsas şahidi olan mərhumun bacısı Rəhimə Ağayeva ifadə verib.

O bildirib ki, hadisə baş verən günü bacısı İlahənin telefonla danışdığını görüb və sonra bilib ki, bacısı Nəcəflə danışır:

"Telefonda 2-3 saat danışdı. Dedi ki, Nəcəfdir, mənimlə görüşmək üçün yalvarır, qapımıza gəlib, mənimlə görüşmək istəyir. Mən də Nəcəfin yalvarmasına gülümsədim və bildirdim ki, imkan ver, gəlsin, görüşün. 5 dəqiqədən sonra bacım evdən çıxdı. Bacımı gözləsəm də gəlmədi. Onun gəlmədiyini gördüm və arxasınca getdim. Bacımı Nəcəflə pilləkənlərin yanında gördüm və geri qayıtdım”.

Rəhimə Ağayevanın qeyd edib ki, gecə saat 4-də bacısını evdə olmadığını görüb.

Bu zaman onun arxasınca gedib və hamamda səs-küy eşidib:

"Həyətə düşəndə hamamdan səs-küy gəldiyini eşitdim. Bacımla Nəcəf mübahisə edirdilər. Qapını vursam da, bağlı idi. Qapını döydüm, bacım çölə çıxdı. Dedi ki, Nəcəflə söhbət edir. Buna görə də evə qayıtdım. Yarım saat sonra bacımın qışqırıq səslərini eşitdim, tələsik ora qaçdım. Bacımın hamamda qan içində olduğunu, Nəcəfin əli qanlı çölə çıxdığını gördüm. Bacımı bu vəziyyətdə gördüyüm üçün onun üstünə cumdum və dedim ki, niyə belə etdin? Bu zaman Nəcəf məni də bıçaqla vurdu".

Məhkəmədə mərhuçun atası, hüquqi varisi qismində tanınan Cahan Ağayeva dindirilib.

Hadisənin şahidi olmadığını deyən ata qızını Nəcəfə nişanladıqdan sonra fikrini dəyişdiyini deyib: "Qızımı ona vermək istəmədik. Buna görə də aralarında soyuq münasibət yaranmağa başlayıb. Hadisə baş verən günü evdə olmamışam. Qardaşım yol qəzasında vəfat etdiyi üçün ora gedirdim. Yolda mənə zəng gəldi. Bildirdilər ki, İlahəni nişanlısı öldürüb, Rəhiməni yaralayıb. Yoldan geri qayıtdım. Nəcəfdən şikayətçiyəm”.

Məhkəmə prosesi iyulun 20-də davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam