Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Binəqədidə "14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi" tədbiri keçirilib

Binəqədidə "14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi" tədbiri keçirilib

 

Binəqədi rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” adlı tədbir keçirilib.

Yenixeber.org: İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili Hikmət Babaoğlu, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatın əməkdaşları, rayonun qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini qeyd edib.

Sonra “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” mövzusunda məruzə ilə çıxış edən millət vəkili Hikmət Babaoğlu ulu öndərin təkcə dövlət quruculuğu sahəsində deyil, milli quruculuqda da xalqa liderlik etdiyini vurğulayıb. Natiq bildirib ki, 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikada quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət yetirmək kifayətdir. Bu gün bütün sahələrdə əldə edilən uğurlar hər birinin qayəsində Ulu Öndərin ideyaları dayanır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət hələ ölkəmizi daha böyük uğurlara sövq edəcək. Necə ki, hər birimiz hər il əldə edilən uğurların nümunəsində bunları görə bilirik.

Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Ulu Öndər Heydər Əliyev dövrü başlanıb: "Elə bir dövr ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə, xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunur. Dünya Azərbaycanlılarının Lideri Heydər Əliyevin həyatının əsas qayəsi doğma Azərbaycan və Azərbaycan xalqı olub. Bütün varlığı ilə elinə-obasına bağlı olan müdrik rəhbər yalnız Vətənini, xalqını firavan, xoşbəxt görmək arzusu ilə yaşayıb, mübarizə aparıb, mücadilələr verib, hətta həyatını belə qurban verməkdən çəkinməyib. Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən qaynaqlanıb".

Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümü münasibətilə axşam saatlarında Heydər Əliyev adına istirahət parkıda rayon sakinləri üçün konsert proqramı keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam