Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Paytaxtda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürülüb

Paytaxtda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürülüb

 

Paytaxtda ağacların kəsilmə təhlükəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş şikayət araşdırılıb.

Yenixeber.org: Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilir ki, ETSN-in “Qaynar xətt”inə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı binaların sakinləri tərəfindən sözügedən yaşayış binalarının ətrafındakı ağacların kəsilmə təhlükəsi ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.

Araşdırma zamanı Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı ünvanlarda yerləşən istismar müddəti başa çatmış beşmərtəbəli yaşayış binalarının sökülməsinə və sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahələrinin müvafiq olaraq “Sky Recidence” və “Qismət-M Construction” MMC-lərə ayrılmasına Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verildiyi müəyyən olunub.

Əraziyə keçirilən baxış zamanı 162 saylı binanın ətrafındakı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 171 ağacın və 43 kol bitkisinin, 174 saylı binanın ətrafındakı yaşıllıq sahəsində isə yaş köküstə müxtəlif cinsli və diametrli 162 ağacın və 22 kol bitkisinin olduğu məlum olub. Ərazidə ağac və kol bitkilərinin kəsilməsi faktına rast gəlinməyib. Lakin söküntü və tikinti işləri aparılacağı təqdirdə ərazidə mövcud olan ağacların əksər hissəsinin məhv ediləcəyi istisna olunmur.

Ərazidəki yaşıllıqların mühafizəsinin təmin edilməsi ilə bağlı ETSN tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə, “Sky Recidence” və “Qismət-M Construction” MMC-lərə məktub göndərilib. Ərazi nəzarətə götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam