Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Piyada keçidi “Bermud üçbucağına düşüb”:CEYRANBATANDA-FOTOLAR

 

Piyada keçidi “Bermud üçbucağına düşüb”:

 

Yenixeber.org: Abşeron rayonu Ceyranbatan qəsəbəsində-Bakı-Quba yolunun Cayranbatan hissəsində-piyada keçidinin tikintisində problemlər var. Qəsəbə sakinləri illərdir arzusunda olduqları həyatı əhəmiyyətli bu keçidin tikintisinə sevinmişdilər. Amma,... qəsəbə sakinlərinin yenixeber.org-a verdikləri məlumata görə piyada keçidində son tamamlama işləri bir aya yaxındır ki, dayanıb:metlaxdöşəmə, işıqlandırma, rəngləmə və s.

Səbəbi haqqında isə müxtəlif söz-söhbətlər dolanır. Tikintidə işləyənlərin qəsəbə sakinlərinə dediyinə görə işin dayanmasının səbəbi vəsait yoxluğu ilə bağlıdır. İlk baxışdan inandırıcı görünən bu səbəbi “Azəravtoyol” rəsmisi inkar edir. Əməkdaşımızla telefon danışığında “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sözügedən piyada keçidi ilə bağlı deyilənləri təkzib etdi. Onun sözlərinə görə bu piyada keçidi tamamilə hazırdır və istifadəyə verilib.

Piyada keçidinin hazırkı vəziyyəti isə fotolardan məlumdur:

 

Piyada keçidi “Bermud üçbucağına düşüb”: Piyada keçidi “Bermud üçbucağına düşüb”: Piyada keçidi “Bermud üçbucağına düşüb”: Piyada keçidi “Bermud üçbucağına düşüb”:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam