Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Altıncı ölüm mərhələsi başlanır, növlər sürətlə yox olur -Ekspertlərdən həyəcan siqnalı

Bu yaxınlarda dərc edilmiş elmi araşdırmada planetimizdəki heyvanların sayının çox sürətlə azaldığı qeyd olunur.

Yenixeber.org:   Ekspertlər biorəngarəngliyi xilas etmək üçün təcili tədbirlərə çağırırlar.

Neçə dəfə həyəcan təbili çalınmalıdır ki, bunu nəhayət eşitsinlər? İyulun 10-da “Proceedings of the National Academy of Sciences” (PNAS) dərgisində araşdırma gedib – Amerika və Meksika universitetlərininn əməkdaşları 27 mindən çox yerüstü onurğalının, yəni məlum məməlilərin, quşların, sürünənlərin və suda-quruda yaşayanların yarısının sayının dəyişməsinin təhlilindən sonra “bioloji məhv” təhlükəsindən danışırlar. Onların sözlərinə görə, bu növlər həm say, həm dəı yayılma arealı üzrə mövqeləri gücülü şəkildə əldən verir. Bu cür iddia təkcə bu əsərdə səslənmir. Ən böyük nəşrlərdə dərc edilmiş bir xeyli elmi əsər biorəngarəngliyin tənəzzülündan xəbər verir. Deməli, Borneoda oranqutanqların sayı on ildə 80 min baş azalıb. Gillik pişiyi (gepard) cəmi 7 minbaş qalıb, onlar isə tarixi məskunlaşma ərazilərinin cəmi 10%-i tutur. Nəhayət, bu gün Afrikada 35 min şir var ki, 25 il əvvəlkindən 43% azdır.

İsmarıc kifayət qədər aydındır: Yer kürəsində kütləvi yoxolmanın altıncı dövrü başlanıb. Növlərin yox olması bir əsrdə 100 dəfə sürətlənib ki, bunun da 66 milyon il əvvəl dinozavrların həlak olmasından bəri analoqu yoxdur. Məhvedici kokteyl indi çox yaxşı məlumdur: (kənd təsərrüfatının, heyvandarlığın təsiri və yer təkinin işlənməsi ilə) məskunlaşma məkanının dağıdılması, ov və icazəsiz ov, ətraf mühitin çirklənməsi və iqlimin istiləşməsi.

PNAS-ın nəşr etdiyi araşdırma xüsusən həyəcanlı görünür, çünki təsvir edilən tənəzzül təkcə yoxolma həddindəki heyvanlara aid deyil. Bu gün təkcə “Qırmızı kitab”ən rəmzi olmuş ağ ayı, Afrika fili və Çin pandası deyil, sanki lap adi növlərin əksəriyyəti sürətlə azalır. Kimsə bilir ki, Fransada on ildə dişi payızbülbülü 40% azalıb? Və Avrasiyada diridoğan kərtənkələnin arealı yüz minlərlə kvadrat kilometr ixtisara düşüb? Say tənəzzülü yaşayan növlərin 30%-i həyatımızda alışdığımız heyvanların payına düşür. Mütəxəssislərin fikrincə, bu, “cari yoxolma dövrünün ciddiliyindən” xəbər verir.

 

Vaxt sona çatır

 

Alimlər xəbərdarlıq edirlər: heyvanat və nəbatatın bu cür tədricən yox olması bütün ekosistemlər üçün “fəlakətli” nəticələrlə, həmçinin ekoloji, iqtisadi və sosial bəlalarla müşayiət olunacaq. Məsələ burasındadır ki, təbii mühit xeyli mühüm xidmət göstərir – tozlanma, torpağın məhsuldarlığının yaxşılaşdırılması, hava və suyun təmizlənməsi, karbon qazının udulması. Yer kürəsinin həyatı (o cümlədən insanınkını) dəstəkləmək qabiliyyəti həyatın özü tərəfindən biçimlənib.

Biz insanın biorəngarəngliyə bu “həmlə”sini necə məhdudlaşdırmağı  bilirik. Bu, hökumətlər, müəssisələr və planet əhalisi üçün istehsalatın, istehlakın və təbiətə münasibətin dəyişdirilməsidir. Nadir növlərin ticarətinin sona çatmasıdır. Biorəngarəngliyin qorunmasında inkişaf etməkdə olan ölkələrə yardımdır. Uzunmüddətli maraqların qısa müddətlilər üzərində prioritetidir. Vaxt birmək üzrədir. Alimlər xəbərdarlıq edirlər ki, “iyirmi-otuz ildən” çox qalmır. Biorəngarəngliyin və ola bilsin, bəşəriyyətin taleyi bundan asılıdır.

Le Monde (Fransa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam