Redaktor seçimi
“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-
Vaziani planının gizlinlərindən-
Şeyximizin Karlovı Varıda biznesi üzə çıxdı -
QULAM ƏLƏKBƏROVUN DƏSTƏSİ İFŞA OLUNDU-
Əsabil Qasımovun qardaşının əməlləri kütləvi narazılıq doğurur-
Robert Kennedinin qatili
İran köhnə neft siyasətinə qayıdır –
Günün xəbəri

"Elə icra başçıları var ki, elə bilirlər rayonun padşahıdırlar" -Deputat

 

“İndiyə qədər paytaxtda reklama nəzarət edən Bakı Şəhər İcra Hakimiyyəti bu sahədə anarxiya yaradıb”

Yenixeber.org:   Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov struktur və kadr islahatları, yerli icra hakimiyyətlərinin fəaliyyəti, kənd təsərrüfatının durumu və digər məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.


- Vahid müəllim, bir müddət öncə ölkədə start götürən struktur və kadr islahatları sanki dayanmış kimi görünür. Əsasən də Nazirlər Kabineti ilə bağlı ciddi dəyişikliklərin olacağı gözləntiləri baş vermədi.


- Dəyişikliklər və islahatlar gedir. Dəyişiklik və islahatların çox radikal formada aparılması cəmiyyətdə, dövlət işində müəyyən problemlər yarada bilər. Odur ki, ümumi ictimai-siyasi vəziyyəti nəzərə alaraq belə islahatlar həmişə həyata keçirilməlidir. Bu islahatların bir hissəsi Prezident Administrasiyasında həyata keçirildi. Cənab prezident tərəfindən müəyyən sərəncamlar verildi, qərarlar qəbul edildi. Bir sıra dəyişikliklər aparıldı, müəyyən insanlar kənarlaşdırıldı, yeniləri irəli çəkildi və sair. O cümlədən birinci vitse-prezidentin də artıq demək olar ki, aparatı formalaşmaq üzrədir. Yəni dəyişikliklər, islahatlar davam edir.O ki qaldı hökumətdə islahatlara, burada da dəyişikliklər gedir. Diqqət etdinizsə, Nəqliyyat Nazirliyi ləğv edildi və birləşdirildi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə. Yeni Reklam Agentliyi yaradıldı. Bu çox vacib bir sahədir və belə bir agentliyin yaradılması vacib idi. Bu sahə Azərbaycan üçün həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən əhəmiyyətlidir. Çünki burada külli miqdarda vəsaitdən söhbət gedir.

O vəsaitin yığılması və dövlət büdcəsinə gətirilməsi üçün ayrıca bir dövlət agentliyinin yaradılması ciddi bir islahat sayılmalıdır. Dövlət başçısı demişdi ki, büdcəyə 2016-cı ildə ən çox ziyan vuran bank sistemi olub. İndi bank sisteminin sağlamlaşdırılması prosesi həyata keçirilir. Düzdür, bu proses ağır gedir, çətinliklər olur, amma proses dayanmayıb. Amma şübhəsiz ki, hökumətdə geniş islahatlar aparılmalıdır. Çevik bir komandaya, çevik hökumətə ehtiyac var. Çünki Milli Strateji Yol Xəritəsi təsdiq olunub və onun icrası üçün çevik bir komanda işləməlidir. Bunun üçün gərəkli islahatlar yəqin ki, aparılacaq. Ola bilər ki, payız aylarında bu məsələlər öz həllini tapacaq. İslahat və dəyişikliklərin yavaş-yavaş aparılması normaldır.


- İslahatların həm də ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün aparıldığı bəllidir. Bəs islahatların aparılması üçün də maliyyə vəsaitlərinə ehtiyac olurmu?


- Elə də ciddi maliyyə lazım deyil. Struktur və kadr islahatları ilə bağlı məsələlərdə vəsait xərclənməsinə ehtiyac olmur. Əksinə, struktur islahatları ilk vaxtdan müəyyən qədər büdcə vəsaitinə qənaət edilməsinə səbəb olur. Məsələn, Nəqliyyat Nazirliyinin ləğvi və başqa nazirliyə birləşdirilməsi orada olan bir çox ştatların ixtisarı ilə nəticələndi. Bu isə müəyyən qədər vəsaitlərin dövlət büdcəsində qalması deməkdir. Yaxud da Reklam Agentliyinin yaradılması büdcəyə daxilolmaları artıracaq. Qeyd edim ki, “Reklam haqqında" Qanunu millət vəkili Əli Məsimli ilə mən yazmışıq. Dəfələrlə də bildirmişik ki, reklam gəlirləri dövlət büdcəsinə daxil olmur, mənimsənilir. Burada söhbət 5-6 yüz milyon manatın büdcədən gizlədilməsi və mənimsənilməsindən gedirdi. İndi yaradılan Dövlət Reklam Agentliyi bu problemin yoluna qoyulması demək olacaq. Reklam həm də siyasi məsələdir. Burada dil məsələsi var, reklamın nə cür verilməsi kimi incə nüanslar var. Yəni bu məsələlər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Elə sahələr də var ki, orada islahatlara şübhəsiz müəyyən vəsaitlər sərf olunur və bu labüddür.


- Reklamdan söz düşmüşkən, bu sahədə problemlərdən biri kimi reklamların media orqanları arasında bölüşdürülməsində ayrı-seçkiliyin olması halları qeyd edilir. Sizcə, yaradılan agentliyin fəaliyyətə başlaması bu problemin həllinə gətirib çıxaracaqmı?


- Öncə onu deyim ki, reklam sistemində Azərbaycanda anarxiyadır. İndiyə qədər paytaxtda reklama nəzarət edən Bakı Şəhər İcra Hakimiyyəti bu sahədə faktiki olaraq anarxiya yaradıb. Bu sahədən dövlət büdcəsindən daxil olmalı olan vəsaitlər faktiki olaraq mənimsənilir. Bakı şəhərində və ölkə miqyasında gedən reklamlar görün nə vəziyyətdədir... Biz “Reklam haqqında” qanun layihəsini hazırlayanda beynəlxalq aləmdə olan bütün qanunları analiz etmişdik və ən yaxşı nə var bu qanun layihəsinə daxil etmişdik. Mən Dövlət Reklam Agentliyinin yaradılmasının bir çox problemləri həll edəcəyini düşünürəm. O cümlədən media orqanlarına reklam verilməsi məsələsində də problemlər var ki, onun da həllini həyata keçirmək lazımdır.


- Ölkənin iqtisadi sütunlarından birinin kənd təsərrüfatı sahəsi olduğu bəllidir. Bu sahədə müsbət irəliləyişlər müşahidə olunmaqla yanaşı, rayonlardan olan müraciətlərdə problemlərin də olduğu görünür. Məsələn, hazırda taxıl biçini mövsümüdür və bir sıra rayonlardan fermerlər biçin üçün texnika çatışmazlığından şikayətlənirlər. Bildirirlər ki, kombayn problemi taxılın vaxtında biçilməməsinə gətirib çıxarır. Nəticədə böyük miqdarda itkilərə məruz qalırlar...

“Dəyişiklik və islahatların çox radikal formada aparılması dövlət işində müəyyən problemlər yarada bilər”


- Son zamanlar kənd təsərrüfatına olan diqqət daha yüksəkdir. Kənd təsərrüfatına diqqəti, birincisi, cənab prezident yüksək səviyyədə saxlayır. İkincisi, mütəmadi olaraq müşavirələr keçirilir, Prezident Administrasiyası bu işlə çox ciddi məşğuldur. Kənd Təsərrüfatı Nazirliyinin qaldırdığı bütün məsələlər sərəncamlar və yardımlar verilməklə, vəsaitlər ayrılmaqla həll olunur. Belə bir vəziyyətdə bu sahədə heç bir problem olmamalıdır. Mən diqqət edirəm və görürəm ki, kənd təsərrüfatı məhsullarının ixracatı artıb. Ola bilsin ki, hansısa yerlərdə problemlər meydana çıxır. Məncə, bu, artıq yerli icra hakimiyyəti orqanlarının problemidir. Çünki ölkəyə kifayət qədər texnika alınıb gətirilib və gətirilməkdə də davam edir. Əksər rayonlarda texnika ilə əlaqədar mərkəzlər yaradılıb. Yerli icra hakimiyyəti orqanları işləri elə qurmalıdır ki, fermerlər problem yaşamasınlar. Taxılçılıq sahəsinə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də diqqət böyükdür.

Yerlərdə ortaya çıxan problemlər çox güman ki, rayon rəhbərliyinin fəaliyyətinin yetərli olmamasından qaynaqlanır. Xatırlayırsınızsa, bir müddət öncə cənab prezident müşavirələrin birində dedi ki, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə o rayona qoyulan investisiya ilə əlaqədar qiymət verəcəyəm. Yəni rayon icra hakimiyyəti orqanları başa düşməlidirlər ki, kənd təsərrüfatının inkişafı onların fəaliyyətindən çox asılıdır. Əgər hansısa məsələni öz gücləri hesabına həll edə bilmirlərsə, mərkəzə müraciət etməlidirlər. Mənim demək olar ki, əksər rayonların icra hakimiyyətləri ilə münasibətim var. İnkar etmək olmaz ki, yaxşı işləyən icra başçıları var. Elələri var ki, işə can yandırırlar, işlərini düzgün qura biliblər. Məsələn, Sumqayıta Zakir Fərəcovu icra başçısı təyin etdikdən sonra bu şəhərin vəziyyəti müsbətə doğru çox ciddi şəkildə dəyişib. Digər bir sıra rayonlar da var ki, belə misallar gətirə bilərəm. Amma elə icra hakimiyyəti orqanları da var ki, rayonun inkişafı, kənd təsərrüfatının dirçəldilməsi, insanların yaşayışı ilə maraqlanmırlar. Elə icra başçıları var ki, elə bilirlər rayonun padşahıdırlar. Belələri yanlış yol seçiblər. Birdəfəlik bilməlidirlər ki, rayonun inkişafına onlar sorumludurlar və ölkə rəhbəri onlardan hesab soracaq.


- Bəs Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun işini necə qiymətləndirirsiz?


- Bakının icra başçısı uzun müddətdir bu vəzifədədir. Amma təkcə Bakıda reklam işinin durumuna baxanda qiymət verə bilərəm ki, bu, iş deyil. Digər sahələr də var ki, vəziyyət ürəkaçan deyil. Bakının inkişafına cənab prezident tərəfindən külli miqdarda vəsaitlər ayrılır. Bakını daha da inkişaf etdirmək lazımdır.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr