Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İsrail kimsəsiz adaların Səudiyyə Ərəbistanına verilməsində maraqlıdır -ŞOK İDDİA

 

Yenixeber.org:  Tiran və Sanafir adlı iki kiçik, kimsəsiz ada Aqaba körfəzinin ağzında, Misir və Səudiyyə Ərəbistanı arasında gözətçi kimi dayanır. Onlar İsrailin cənubundakı Eilat limanına və Cənub-Şərqi Asiyaya mühüm ticarət əlaqələrinə qapıdır.

Dübbədüz 50 il bundan əvvəl Tiran boğazı vasitəsilə Misirin İsrailə giriş məhdudiyyətləri 1967-ci ilin Ərəb-İsrail müharibəsinin başlamasına səbəb oldu.

Çox mübahisəli bir hərəkətlə bu ayın əvvəlində Misir parlamenti Səudiyyə Ərəbistanına iki Qırmızı dəniz adasının verilişini təsdiqlədi. Bunun əvəzində, rəsmi Riyad Misirin xəstə iqtisadiyyatını, kömək məqsədilə, milyardlarla dollar kredit və investisiyalar təmin etməlidir.

Misirdə etirazlar səbəb olmuş bu addım ölkənin suveren bölgəsini "satmaq" iddiasına yol açıb, İsrail isə müqaviləyə sakitcə xeyir-dua verib.

Bəzi müşahidəçilər buna təəccübləndi, çünki gəmilərin Eilata doğru hərəkəti 1979-cu ildə İsrail və Misir tərəfindən imzalanmış sülh müqaviləsi ilə razılaşdırılıb. İndi rəsmi Riyad boğazlar vasitəsilə İsrailin dəniz nəqliyyatına dair müqavilənin müddəalarını yerinə yetirməlidir.

Riyad, Misirdən fərqli olaraq, heç vaxt İsrail ilə sülh müqaviləsi imzalamayıb və ən azı görünən şəkildə onunla diplomatik əlaqə saxlamır. İkisi də ənənəvi olaraq regional düşmən hesab olunurlar.

İsrail və fələstinli analitiklər isə, iki dövlət arasındakı tarixi düşmənçilik görünüşünün köhnəlmiş olduğunu və ərəblərin İsrailə təslim olma potensialına sahib olduqlarını söyləyirlər.

Səudiyyə Ərəbistanı ilə getdikcə normallaşmış əlaqələr ortaq düşmənə – İrana qarşı çıxan İsrail-Ərəb hərbi və diplomatik cəbhəsini də yara bilər.

Lakin analitiklər deyir ki, bəlkə də ən əsas məsələ yaxşılaşmış münasibətlər sayəsində İsrailin Qəzza və Qərb Şəriyədəki Fələstin rəhbərliklərini daha da təcrid etməyə kömək edəcək. Bu, İsrail üçün mümkün olan ən yaxşı şərtlərlə, yekun status sazişini qəbul etdirmək üçün əlavə təzyiqi imkanı yaradacaq.

Tel-Aviv yaxınlığındakı Bar İlan Universitetinin siyasət professoru və İsrail-Misir münasibətləri üzrə ekspert Menahem Klayn İsraildən başqa, Misir və Səudiyyə Ərəbistanı bölgənin iki əsas ərazi brokeri kimi səciyyələndirir.

Klayn “Əl-Cəzirə” deyib: "İsrailin hər iki dövlətlə diplomatik əməkdaşlığını daha da dərinləşdirmək istəyir. O, bundan fələstinlilərə qarşı dəstək qazanmaq üçün istifadə etməyi ümid edir".

İsrailin həm Qahirə, həm də Riyad ilə sıx əlaqələri, Klaynın fikrincə, İsrailin işğalçı qüvvələrini Sinadan çıxarmasını tələb edən 1979-cu ilin sülh müqaviləsinə getdikcə daha rahat bir münasibət yaradır.

Klayn qeyd edib ki, 2013-cü ildə Əbdülfəttah əs-Sisi Qahirədə hakimiyyətə gələndə, İsrail Sinanın demilitarizasiya zonası kimi statusuna göz yumdu. O, cənub sərhədində Misir qoşunlarının ifrat islamçı qruplarla mübarizə aparmasını və Misirin Qəzzəni mühasirəyə almasını təmin edib.

"İki dövlət Sinada mütləq şəkildə koordinasiyaya malikdir. İsrail dronları Misirin icazəsi ilə bölgədə uçuşlar edir və kəşfiyyat məlumatlarını paylaşır".

Eyni zamanda, Klayn deyir ki, Səudiyyə və İsrailin ticarət, təhlükəsizlik və kəşfiyyat mövzularında əlaqələri normallaşdırmasına dair məlumatlar var. İsrail hətta Səudiyyə ordusu zabitlərinə təlim verir.

Riyadla 110 milyard dollarlıq silah razılaşmasına da İsrail artıq etiraz etmir, halbuki İsrail, adətən, "kənar keyfiyyətli hərbi yardım"ı təhdid kimi qarşılayır.

Bundan əlavə, “Times of London” keçən həftə İsrail və Səudiyyə Ərəbistanı mənbələrinə istinadən, İsrailin körfəzdə açılmasına imkan verəcək və İsrailli təyyarələrin Səudiyyə hava sahəsindəki uçuşlara icazə verəcək əlaqələrin yarandığını iddia edib.

İsrail mediası isə ABŞ prezidentinin Yaxın Şərq sülhü yaratmaq üçün ötən ayDonald Trampın bölgəyə etdiyi ziyarəti tərifləyir. Onun kürəkəni və məsləhətçisiCared Kuşner keçən həftə İsrailə gəldi. İsrail mətbuatına görə, ABŞ rəhbərliyi İsrail və fələstinlilərə sülh danışıqlarını yeniləmək üçün təzyiq göstərməyi planlaşdırır.

Misir, Səudiyyə Ərəbistanı və İsrail arasındakı əlaqələrin daha da sıxlaşması əlamətlərindən biri də Qahirə və Riyadın Akabe körfəzinin ağzında iki yarımadasını birləşdirən 10 km uzunluğunda körpü tikməsi barədə məlumatlardır.

Malların daşınması və minlərlə misirli üçün iş yeri təmin edilməsini asanlaşdıran dəmir yolu çəkilişi planı da mövcuddur. Bu plan ilk dəfə 1988-ci ildə səsləndi, lakin İsrailin güclü etirazları onun qarşısını aldı. İndi İsrailin layihəni dəstəklədiyi ifadə edir. Digər hesabatlara görə, Səudiyyə Ərəbistanı ilə İordaniya arasında İsrail də daxil olmaqla, dəmiryol xəttinin uzadılması planları var.

İsrail və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər 31 yaşındakı Məhəmməd bin Salmanın vəliəhd şahzadə təyin olunması ilə güclənəcək.

İsrailin gündəlik “Haaretz” qəzetinin yazarı, İsrailin ABŞ-dakı sabiq səfiri Daniel Şapiro, Bin Salmanın yüksəlişinin İsrail üçün "çin olmuş yuxu" adlandırıb. Yeni vəliəhdin İran və onun regional şiə müttəfiqlərini hədəf alması gözlənilir.

Ramallah yaxınlığında Bir Zeit Universitetinin siyasət professoru Samir Avaddeyir ki, "biz regional düzəlişi görürük. Əgər İran indi ən böyük düşmən olsaydı, o zaman Səudiyyə Ərəbistanının İsrailin ona öz hərbi qüdrəti və kəşfiyyatı ilə bu döyüşdə kömək etməli olduğuna inanır".

Fələstinli analitik və Fələstin hakimiyyət orqanında köhnə hökumət naziri olan Şövqi İsa İsrailin, Tiran və Sanafir adalarının Riyada təslim edilməsini təkid etdiyini söylədi.

Bir nəzəriyyəyə görə, israillilər adalar üzərində məhz Səudiyyə hakimiyyətinin olmasını üstün tutur, çünki Riyad 1979-cu ilin sülh müqaviləsinə və onun öhdəliklərə təsirli bir şəkildə bağlanacaqdır.

Səudiyyə kral ailəsinə yaxın bir anonim qaynaq keçən ay "Al-Monitor"a bildirib ki, adaların verilməsi İsrail, Səudiyyə Ərəbistanı, Misir və İordaniya arasında Aqaba körfəzində daha yaxın regional təhlükəsizlik tədbirləri görməsini tələb edəcək.

 

“Al-Jazeera”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam