Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Qocaman” palıdım

 

Yenixeber.org:   Sən yaşa ki, bəlkə məni də yaşadasan (könül pıçıltısı)

Yenə könül duyğularım dərdlərimi öz zərif çiyinlərinə şələ edərək, qəlbimin qapılarını açıb, daxili dünyama səyahət etdirir. Məni sevən, könlümün köşəsində bitən qollu-budaqlı qocaman bir palıd ağacı var ki, həmişə ruhumu öz kölgəsi ilə qoruyur. Budaqların kölgəsi isə öz nəvazişi ilə məni, məndən gizləyir. Gizləyir ki, qəlbim kinlə, nifrətlə aşıb daşanda özüm, özümü qırıb budamayım. Amma nədənsə real həyatda insanlar məni hey budamağa çalışıblar. Mən heç, amma heç bilmədim NİYƏ?... Bir onu deyə bilərəm ki, həmişə həqiqətin gözünə dik baxaraq haqqın, ədalətin tərəfində olmuşam. Olsun ki, mənim gözəl görünən o yamyaşıl budaqlarım ətrafa sərinlik gətirən mehim, çoxlarının gözlərinə çöp salır. Eh... kim, nə edir etsin. Haqq mənimlədirsə, bu dünya mənə daha da gen görünür,- göylərin ənginliyi kimi. Elə bu üzdən mənim qol-budağım insanların o sınası əlləri ilə budandıqca körpə pöhrələr daha da gözəlləşir və yeniləri ilə əvəz olunur. Əsas odur ki, daxili dünyamdakı o qocaman PALID ağacı yıxılmasın. O yıxılarsa mənim də dünyam başıma uçar və mən yaşamaram. Görmüşük insanlar ağacları lazımsız çör-çöpdən azad etmək üçün yaşamını itirmiş, qurumuş, budaqları qırarlar. Hərdən deyirlər ey, “Yıxılan ağaca balta vuran çox olar” Bu misalın kökündə aşkar bir həqiqət gizlənir. (Bu həqiqət insanların günümüzlə uzlaşan real həyatıdır) İnsanlar niyə belə doğulub sualı qarşısında özümü həmişə aciz hiss edirəm və bu üzdən daxili dünyamda ruhumla qidalandırdığım o qocaman ağacı hər vəclə pislərdən qorumağa, sevməyə, əzizləməyə çalışıram. Çünki o ağacın kölgəsi başqa ağacların kölgəsinə bənzəmir. Məni ovsunlayan bu kölgəlik, öz xəyalımda yaratdığım bənzəri olmayan xanimandır. Bəlkə də bu xaniman hər kəsin qəlbində məskən salır, lakin onları duyub bilənlər isə şair ruhlu insanlardı. Mənim də qəlbim çox kövrəkdir. Hərdən mən də ruhumla pıçıldaşa bilirəm. Məni bu pıçıltılar ovundurub, ruhuma qol-qanad verib. Qoymayıb diri ikən ölüyə bənzəyim. Varlığımı mənə hiss etdirib. Mən ondan güc alıram. Həyatda bu güc məni büdrəməyə, yıxılmağa qoymayıb. Bəhs etdiyim o qocaman ağacın kölgəsində hər insan pisliklərdən gizlənərək qoruna bilməz!... Çünki o ağac qocaman olduğu qədər də safdır, müqəddəsdir. Onun kölgəsi isə yalnız müqəddəsləri, safları pislərdən qoruyub hifz edə bilər. Onun danışmağa dili olmasa da öz hissiyyatı ilə insanlara yanaşa bilir. O duyur, hiss edir və mənim qəlbimə çökən dərdlərə həmişə sipər olur. Dərdlərim çoxalanda əsən küləklə əl-ələ verərək dərdlərimi məndən alaraq uçurmağa çalışır və buna nail olur. Mənim qocaman PALIDIM, nə yaxşı qəlbimdə kök atıb məskən salaraq ucalmısan və mənim qoruyucu mələyimsən. İstərdim sənin kölgən həmişə üzərimdə olsun. Sən yaşa ki, bəlkə məni də yaşadasan!... 

 

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam