Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

PREZİDENT OLMAQ VACİBDİRMİ?

PREZİDENT OLMAQ VACİBDİRMİ?

 

Yenixeber.org:  Azərbaycan saytlarında belə bir məlumat yer almışdır ki, Abbas Abbasov Azərbaycan hakimiyyətinə qarşı ittifaq qurur (“Xeberinfo.com 24.06.2017-ci il). El arasında təxminən belə bir kəlam da fırlanır ki, müəllimini göstər səni tanıyım. Gəncliyimdən-1971- ildən şəxsən onu  eyni bir istehsalat sahəsində işlədiyimizdən və müəllimini də yaxşı tanıyırdım. İstehsal sahəsində onun müəllimi- Xırdalan qəsəbəsində Bakı quşçuluq fabrikinin əsasını qoyub quşçuluq sahəsində kadrlar yetişdirən Cavid Salmanoviç deyilən şəxsi də yaxşı tanıyırdım.O, A.AbbasovuMərdəkan quşçuluq sovxozuna baytar həkimi vəzifəsinə təyin etdirmişdi. C.Salmanoviç deyilən, elə bir “salahiyyət” sahibi idi ki, onun razılığı olmadan Abşeron rayonunda bir şəxs quşçuluq fabrikinə direktor və baş mütəxəssis vəzifəsinə təyin oluna bilməzdi. Həmin şəxs çox insanları həbs etdirdi və sonda haqqına da çatdı.

Nəhayət müəllimi A.Abasovu Mərdəkan qəsəbəsində yerləşən (həmin fabrik indi yoxdur) Bakı broyler fabrikinə direktor vəzifəsinə təyin etdirdi. Bacarıqlı və işlək bir direktor kimi tanınandan sonra müəllimi ilə sözləri düz gəlmədiyindən gecənin birində Bakıdan Özbəkistana qaçası oldu.Respublikada Aqrar Sənaye Komitəsinin yaradılması və Müzamil Abdullayevin həmin komitəyə sədr vəzifəsinə təyin olunmasından sonra A.Abbasov Bakı quşçuluq fabrikinə direktor vəzifəsinə təyin olundu. İş bununla bitmədi. Formal olaraq Abşeron rayonunda quşçuluq iki hissəyə- ətlik  istiqamətli quşçuluq fabriklərinə Cavid Salmanoviç deyilən və yumurtalıq istiqamətli quşçiluq fabriklərinə  Abbas Abbasov rəhbərlik edəsi oldu.Beləliklə bir rayonda eyni istehsal sahəsində hakimiyyət ikiləşdi və şagird müəlliminə ağıl dərsı verməyə başladı. İdarəcilikdə yenidən qurma nəticəsində quşçuluqda məhsul istehsalı yavaş-yavaş buxarlanmağa üz tutdu.

Bir müddətdən sonra Abbas Abbasov Abşeron rayon partiya komitəsinin birinci katibi, daha sonra Nazirlər Kabinetində sədrmüavini kimi yüksək vəzifəyə təyin edildi.O vaxt dərc olunan “Maraqlı Qəzet” (MQ) isə A,Abbasovun “qəhrəman”lığında maraqlı əhvalatlar dərc edirdi.

İndi Abbas Abbasov keçən prezident seçkilərində olduğu kimi yenə də Rusiya Federasiyasi hakimiyyətinin əlində alətə çevrilib. Siyasət sahəsində məğlub olmuş adamları başına cəm edib hakimiyyətə qarşı yeni ittifaq yaratmağa çalışır. 80 yaşınıda olan bu insan qan hesabına qurulmuş hakimiyyətə kömək və ləğv edilmiş ÜAK-ı ayağa qaldırmaq əvzinə növbəti seçkilərdə qalmaqal yaratmağa çan atır. Yüksək vəzifədən “istefa verənlər” də hımin ittifaqa qoşulurlar.Prezident olmaq istəyənin yaş həddi minimum 45, maksimum isə 60 il olmalıdır.İki seçkidən sonra 70 yaşını haqlayan prezident istər istəməz istefa verməlidir.Yaş həddini ağlına yerləşdirmək istəməyən A.Abbasovun hazırki fəaliyyətionu göstərir ki, yüksək vəsifələrdə işləsə də belə siyasi cəhətdən kamil deyil. RF hakimiyyətinin əlində oyuncağa cevrilən A.Abbasov hələ də başa düşmək istəmir ki, ona abbasovlar yox, 10 milyard dollarla hərbi texnika və sürsat alan Azərbaycan lazımdır. Abbasovlar dövlətin idarəetmə  sənətini də anlamırlar. ABŞ siyasətçiləri həmin ifadəni belə izah edirlər: “Dövlətin idarəetetmə  sənətinin belə bir qızıl qaydası var: heç vaxt bleflə (uydurma, qaraqorxu, yalan) məşğul olmayacaqsan. İkinci qızıl qaydası da var: kiminsə sənə meydan oxumasına hazır olmalısan”.

Bəs bu kimi insanların prezident olmaq istəmələrinin səbəbi nədir? Bu  günlərdə RF-nın prezidenti bir xarici müxbbirə müsahibə verərkən aydın olmuşdur ki, onun iki yüz milyard dollara yaxın vəsaiti var. RF-nın  hərbi büdcəsi isə 90 milyard dollardır. ABŞ-da prezident vəzifəsində əyləşənlərin və heç bir milyarderinın bu  məbləğdə vəsaiti yoxdur. Deməli Sovet imperiyasından müstəqilliyə qədəm qoyan respublikaların liderlərinin  hamısı var-dövlət qapazlamaq azarına tutulublar.

Bəs Respulikamızda səlahiyyətli şəxsləri qeyd edilən xəstəlikdən xilas  etmək üçün neyləmək lazımdır?Respublikanın dövlət və qeyri dövlət maliyyə ehtiyatlarının mühafizəsi haqqında təklifimi verməzdən əvvəl üç maliyyə rəqəmlərini oxucuların diqqətinə çatdırmaq istəyirəm.Respublikanın strateji  valyuta ehtiyatlarının 2014-cü ildəən yüksək həddi 51.4 milyard dollar olmuş, bəs indi neçə milyarddır?Əvvəllər AMB-nın valyuta ehtiyatının ən yüksək həddi 14 milyard dollar olduğu halda bu günlərdə-21.06.2017-ci il tarixə valyuta ehtiyatı 4.8 milyarddollardır. Əgər moşenniklər ABB-də yuva salmasaydılarAMB bankı ABB-nin borcunu ödəmək üçün 10 milyard dollar vəsaiti oraya köçürməzdi və valyuta ehtiyatımız kifayət məbləğdə olardı.

Dövlət və qeyri dövlətbanklarınınmaliyyə sahələrinin idarə edilməsi və mühafizə edilməsi sahəsində ABŞ və Avropa Birliyinin mütəxəssisləri ilə ayaqlaşmağımız hələlik mümkün deyil, yəni bu sahədə çox geridəyik.Bu gerilik özünü Cahangir Hacıyev, Samir Şərifov, Elmar Məmmədov, “şapka qaqet” kimilərinin iş fəaliyyətlərində sübuta yetirmişdir. Bu şəxslərdən fərqli olaraq iş fəaliyyətində müəyyən qədər səhvlərə yol versə də Elman Rüstəmov püxtələşmiş bankirdir.Yeganə təklifim budur ki,E.Rüstəmov respublikadakı bütün bankların maliyyə fəaliyyətlərinin tam nəzarətdə saxlanılması üçün Prezidentin sırf maliyyə köməkcisi təyin edilsin və ayda iki dəfədən gec olmayaraq Respublika Prezidentinə hesabat versin və həmin hesabat Respublika ictimaiyyətinə mətbuat vasitəsilə çatdırılsın. Maliyyə nazirinin bankların fəaliyyətlərinə müdaxiləsi isəqəti qadağan edilsin. Əgər bankir zorakılıqlara məruz qalarsa vəsifəsindən istefa versin.

 

                               

Quliyev Elxan Sarı o


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam