Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

ABŞ-İran rəqabəti müharibəyə çevrilə bilər -Suriyada

 

 

İran və onun vəkalətnaməliləri artıq post-İŞİD Suriyasının formalaşdırmağa başlayıb, Şərqi Suriya isə ən əhəmiyyətli teatrdır.

Yenixeber.org:  Lakin son hadisələr göstərir ki, İran dəstəkli qüvvələr orada labüd olaraq iki düşmən qüvvə ilə toqquşur və onlardan biri ilə yarışmalı olacaq.

Bu rəqiblərdən ilki cənubda, əl-Tanf sərhəd sahəsində yerləşir, ABŞ və onun ərəb tərəfdaşları tərəfindən təlimləndirilir. İkinci güc şimalda yerləşir – ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” cari Raqqa hücumunda iştirak edir.

İranın bu hərəkatlara qarşı cəhdi böyük təzyiqlə üzləşəcək. Birləşmiş Ştatlar hazırkı strateji qarışıqlıq şəraitində qalarsa, bu halda, onun münaqişədən necə yayınacağını anlamaq çətindir və ABŞ siyasətinin buna hazır olub-olmadığı hələ aydın deyil.

ABŞ-ın qeyri-müntəzəm hava hücumları və İran dəstəkli qüvvələrin manevrləri səhra mühitində taktika baxımından oxşar ola bilər, lakin İran, “Hizbullah” və Suriya rejimi üçün bu ərazilər çox mühümdür.

İraqdakı hakimiyyətini, Suriya rejiminin yaşamasını və “Hizbullah”ın strateji dərinliyini qorumaqdan ötrü İran, ABŞ-ın dəstəklədiyi qüvvələrin Şərqi Suriyaya nəzarət etməsinin qarşısını almalıdır.

Bununla bərabər, analitiklər qeyd edirlər ki, Suriyanın bütün ərazisinə nəzarət etməkdə rejim hələ çox zəifdir. Amma rejimin özü bu fikirlə razı deyil. Yaşamaq üçün mübarizə aparan hökumətin su və neft ehtiyatları olan Şərqi Suriyaya öz baxışı var. Rejimin bu əraziyə ABŞ-ın, onun dəstəklədiyi ərəb və ya kürd qüvvələrin nəzarət etməsinə inanmaması üçün tam əsasları və hər cür marağı var.

Hökumət əl-Tanfda, ABŞ liderliyindəki koalisiyanı təhdid etməkdə çox qayğılı görünür. Lakin İran buna daha çox qabildir, suriyalı müştərinin ərazisində ABŞ-ın dəstəklədiyi gücə qarşı (proksi) insan gücü və azca tolerantlığı var.

Güman ki, yerli vəkalətliləri vasitəsilə fəaliyyət göstərən İran artan təxribatlarla koalisiyanın əsəbləri ilə oynayacaq. Əgər belədirsə, Şərqi Suriyada ABŞ-ın əsas məqsədlərindən asılı olmadan, ciddi gərginliyin qarşısını almaq üçün Birləşmiş Ştatların necə hərəkət edəcəyi bilinmir, amma təhdidlər yüzdə-yüz olacaq.

Hələ mayın 17-də İslam İnqilabı Keşikçilərinə bağlı “Fars News” xəbər vermişdi ki, “Hizbullah” Dəməşq yaxınlığındakı strateji Zabadani, Madhaya və Serqhaya rayonları və Livan sərhədindən üç minlik qüvvəni Şərqi Suriyadakı səhrada səfərbər edib. “Hizbullah”ın bu elit qüvvələri – “Radvan bölməsi” kiçik vahidlərlə həmlə taktikasında ixtisaslaşıb və Hələb döyüş zamanı rejimin taktikasının əks-tənqidi idi.

“ABNA” kəşfiyyat xidmətinin məlumatına görə, Mərkəzi Suriyada İŞİD-ə qarşı qaçılmaz genişmiqyaslı əməliyyatlardan yayınmış, “Hizbullah”ın səhrada yerləşdirilmiş qüvvələrinin məqsədi koalisiyanın əməliyyatları çətinləşdirməkdir. Prinsipcə, ABŞ-ın rəhbərliyi ilə keçirilən əməliyyatlarda toqquşma deyil, maneə yaratmaq İran və Əsədin nəzarət sahəsini genişləndirilmə niyyətilə üst-üstə düşür.

Amma ABŞ qüvvələri ilə birbaşa qarşıdurma olmadıqda belə Birləşmiş Ştatlar onlara etmək istəyir? – bax budur sual!

Məsələn, ötən həftə rejim qüvvələri sadəcə İŞİD ərazisini tutaraq əl-Tanfdan şimalda ABŞ dəstəkli qüvvələrin olduğu sahənin genişləndirilməsinin qarşısını almağı bacardı. ABŞ onları geri çəkilməyə məcbur və ya öz missiyasını ləğv edə bilərmi?

Seçənəklərin heç biri cəlbedici deyil: birində savaş riski, digərində İŞİD əleyhinə mübarizədə çətinlik olmadığı təqdirdə belə, təhqir olunma riski var.

Şimalda, İran dəstəkli qüvvələrin səyləri göz qabağındadır. İraqda Populyar Səfərbərlik Qüvvələri (PMF – “Haşdi Şəabi”) “Məhəmməd Rəsulullah – II”əməliyyatı ilə, İraq-Suriya sərhədində sabitliyi təmin etmək üçün İŞİD-ə qarşı zəfər qazanıb. Bu şiə gücləri üçün sərhəd xəttini kəsməmək minimum məqsəddir. Lakin missiyanın üzərində İranın təsirini nəzərə alaraq, son niyyət aydın deyil.

Bəzi iranpərəst elementlər, İŞİD-lə mübarizə bəhanəsi ilə, Şərqi Suriyada ABŞ-ın dəstəklədiyi anti-İŞİD-çi qüvvələri, məsələn, SDF-i sıxışdıra və daha çox əraziyə nəzarət edə bilər.

Əslində, “Liva Əbulfəzl-Abbas” kimi fraksiyalar artıq, ABŞ təhdidlərinə baxmayaraq, sərhəddən o yana fəaliyyət göstərir.

PMF komandirinin müavini Əbu Mehdi əl-Mühəndis bu təhdidləri rədd edib və deyib ki, "iki ölkəni birləşdirən yol olmalıdır".

Ötən həftə PMF bölmələri Suriyanın cənubundakı Hasakada, Deyr əz-Zorun şimalında iki kəndi ələ keçirib. Suriya Ordusu nümayəndə heyəti artıq sərhəd təhlükəsizliyini müzakirə etmək üçün Bağdadda danışıqlar aparır.

Bütün bu proseslərdə ən dolaşıq aktyor Birləşmiş Ştatlardır. Suriyada onun rəsmi missiyası İŞİD-ə məğlub durumda qalır. Şərq səhrasında ABŞ-ın İrana qarşı aqressiv hərəkətləri (İran dəstəkli qüvvələrə hücum və uzunmənzilli artilleriyanın yerləşdirilməsi), sadəcə səhra komandirlərinin anti-İŞİD missiyalı ABŞ qüvvələrini qorumaq üçün tədbir olaraq qala bilər.

Digər tərəfdən, Tramp administrasiyası İrana dərin düşmənçilik bəsləyir və onun milli təhlükəsizlik komandasının əsas üzvləri – İrana əks-əməl olaraq – Suriyada ABŞ-ın üstünlüyü üçün daha möhkəm, uzunmüddətli hərbi mövcudluğu dəstəkləyirlər.

İstənilən nəzəriyyəsi ABŞ hərəkətlərini izah edə bilər. Amma Birləşmiş Ştatların aydın siyasəti yoxdursa, İran öz məhdudiyyətlərini testdən keçirə bilər və bu, təhlükəli fəaliyyətdir.

Administrasiya Şərq Suriyada ABŞ-a İran maneəsini necə həll etməyi planlaşdırdığını izah edə bilmir. İran da buna görə ABŞ-la yarışın miqyası və intensivliyini ölçə bilmir.

Bu, gərginliyi qəsdli və ya bilməyərəkdən daha çox mümkün edir.

 

"Atlantic Council”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam