Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Demokratiya dalğası geri çəkilməkdə davam edəcək” -Eldar Namazov

 

“İndi yaşadığımız dövr dünyada demokratiya üçün ciddi sınaq mərhələsidir”

Yenixeber.org:   ABŞ prezidenti Donald Trampın xarici ölkələrdəki idarəçilik məsələlərində Amerikanın heç bir ölkənin daxili işlərinə qarışmamaq siyasətini üstün tutacağını bəyan etməsi dünyada demokratiyanın geriləməsi prosesinin daha da dərinləşəcəyi proqnozlarını meydana çıxarıb. Bir çox siyasi ekspertlərin fikrincə, ərəb baharının sonradan ağır nəticələrə gətirməsi ilə geri çəkilmək dövrünə qədəm qoyan demokratiya dalğası hələ bir müddət də geriləməkdə davam edəcək.


Bu mövzuda danışan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov bildirdi ki, indi o mərhələdəyik ki, demokratiya dalğası bir dəfə irəli gedəndən sonra geriləmə prosesi başlanıb. Bütün regionda, əksər ölkələrdə də belə bir geriləmə müşahidə olunur. Bu, tarixi bir prosesdir: “Həmişə belə olub ki, demokratiya dalğasının ardınca geriləmələr olub, ancaq onun ardınca daha böyük demokratiya dalğası gəlib. Proses həmişə belə gedib. Xoşumuza gəlsə də, gəlməsə də indi yaşadığımız dövr dünyada demokratiya üçün ciddi sınaq mərhələsidir, demokratiya dalğasının geriləmə dövrüdür və bu, bir müddət davam edəcək. Bölgədə, dünyada gedən proseslər demokratiya dalğasının geriləmə dövrünü bir qədər uzadır”.


E.Namazovun sözlərinə görə, dünyada artıq 200 il bundan əvvəl başlayan demokratikləşmə prosesi sıçrayış və geri çəkilmələrlə müşahidə olunub ki, bu da qanunauyğunluqdur: “Demokratiyanın tələblərinə cavab verən dövlət ilk dəfə hələ 19-cu əsrin birinci yarısında Amerikada qurulub. Ondan sonra demokratiyanın dünyada yayılmasının bir neçə dalğası oldu. Əvvəlcə bu dalğa Avropa ölkələrinə sirayət elədi. II Dünya müharibəsindən sonra isə xristian dünyasına aid olmayan ölkələrdə də demokratik sistemlər quruldu. Demokratiyanın növbəti dalğası 1980-ci illərdə Latın Amerikası ölkələrində əsdi. Bunun nəticəsində Latın Amerikasında avtoritar rejimlər səhnədən getdilər. 1990-cı illərdə, SSRİ dağılandan sonra Şərqi Avropa və Pribaltika ölkələrində sürətlə demokratik islahatlar aparıldı. Onlar artıq Avropa Birliyinə və NATO-ya üzvdürlər. Növbəti demokratiya dalğası 2010-cu illərin əvvəllərində Yaxın Şərqdə baş qaldırdı. Bu ölkələrdə insanlar avtoritar və korrupsiyalaşmış rejimlərə yox dedi, ölkələrində azad seçkilərin keçirilməsini, insan haqlarının qorunmasını, ədalətli məhkəmə sisteminin formalaşmasını, iqtisadi-sosial islahatların aparılmasını tələb etdilər. Lakin dünya güclərinin maraqlarının bu bölgədə toqquşması demokratiya dalğasının burada dayanması və geriləmə mərhələsinin başlanmasına gətirib çıxardı. Onu demək istəyirəm ki, bu dalğa təqribən 200 ildir ki, bütün dünya boyunca hərəkət edir. Güman edirəm ki, demokratiya dalğası bir müddət sonra yenidən irəliləmə dövrünə başlayacaq. Həmişə demokratik islahatlarda iki addım irəli gedib, sonra geri qayıtma, sonra yenə iki addım qabağa, yarım addım geriyə qayıtma halları olur”.(Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam