Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə Qətərə ordu yeridir –Müqavilənin detalları

Türk Silahlı Qüvvələrinin Qətərdə yerləşdirilməsinə dair bağlanan müqavilənin detalları məlum olub.

Yenixeber.org:   Müqavilənin şərtlərinə görə, Qətərdə yaradılacaq baza üçün Türkiyə heç bir xərc çəkməyəcək. Bütün xərcləri Qətər öz üzərinə götürəcək. Qətərin ABŞ-Səudiyyə Ərəbistanı cəbhəsinin hədəfində olduğu bir zamanda türk əsgəri Qətəri qoruyacaq legioner rolunu oynayacaq.

Müqavilənin digər bir vacib tərəfi isə türk əsgərinin xidmət müddətində ortaya çıxacaq hüquqi anlaşmazlıqlar barədədir. Hər hansı insident baş verərsə, məhkəməyə getmək imkanı yoxdur. Müqavilənin 16-cı maddəsinə görə, insidentləri həll edəcək tərəf iki ölkənin yerli məhkəmələri yaxud beynəlxalq məhkəmələr deyil, iki ölkə hökumətləri olacaq.

Müqavilənin digər bir vacib xüsusiyyəti isə Türkiyənin nə üçün Yaxın Şərqdə baza tikməsi ilə bağlı Qətəri seçməsi məsələsində hər hansı məlumatı göstərməməsidir. Müqavilənin TBMM-də müzakirəsi zamanı CHP-də olan deputatların bu suallarına səfir Ümit Yardım cavab verib. Ümit Yardım deyib ki, 15 iyul hərbi çevriliş cəhdi zamanı Qətər bütün gücü ilə Türkiyə hökumətinin yanında olub.

Qətərlə Türkiyə arasında həri sahədə müqavilələr olsa da, rəsmi Ankaranın Körfəz ölkələri ilə Doho arasında yaşanan böhrandan sonra, dərhal bu ölkəyə ordu göndərməsi diqqətdən qaçmayıb. Siyasi ekspertlər hesab edir ki, Türkiyənin Qətərə hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı qərarı, Dohoda baş verə biləcək hər hansısa dövlət çevrilişi cəhdinin qarşısını almaq məqsədi güdür. Eyni zamanda türk əsgərlərinin xarici müdaxilə olacağı təqdirdə də prosesə müdaxilə edəcəyi gözlənilir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam