Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistan Vaşinqtonda Rusiya maraqlarını yeridir –“Wasington Times” yazır

 

Ermənistan Moskvanın dəstəyi qarşılığında onun maraqları daxilində çıxış edir.

 

Yenixeber.org:  Bu barədə İsrailin Beqit Sadat Mərkəzinin və Bar İlan Universitetinin əməkdaşı Aleksandr Murison “The Washington Times” qəzetindəki məqaləsində yazıb.

 

“Rusiyanın MDB məkanındakı ən asılı vassalı Ermənistanın ABŞ-da güclü etnik lobbisi mövcuddur. Əvvəllər daha çox “erməni soyqırımı” və Qarabağ münaqişəsi ilə bağlı mövqe sərgiləyən erməni lobbisi son illərdə Rusiyanın maraqlarını gücləndirməyə xidmət edir”- deyə müəllif yazır.

 

Murisonun fikrincə, Rusiyanın siyasi və hərbi yardımı olmadan mövcudluğu sual altında olan Yerevan buna görə Konqresdəki dostlarından Moskvanın xeyrinə istifadə etməyə çalışır.

 

Rusiya Dumasının Müdafiə Məsələləri üzrə keçmiş komitə sədri Aleksey Arbatov Rusiya ilə Ermənistan arasındakı münasibətləri klassik hərbi-siyasi alyans adlandırıb.

 

“Ermənistan Rusiyasız regionda sağ qala bilməz amma Ermənistansız Rusiya da Qafqazda son mövqelərini itirəcək. Ermənistan kiçik ölkə olsa da, Cənubi Qafqazdakı forpostumuzdur. Bizim üçün Ermənisrtan ABŞ üçün İsrailin daşıdığı önəmdən daha vacibdir” –deyə Arbatov deyib.

 

Murison isə Ermənistanın region üçün törətdiyi təhlükələrdən danışıb.

“Vaşinqtondakı ictimai düşüncə mərkəzləri Ermənistanın Rusiyanın vassalı olduğunu, Kremlin geogiyasi və geostrateji maraqlarına xidmət etdiyini unudur. Yerevanın diplomatik və hərbi doktrinası Rusiya ilə əməkdaşlığı əsas prioritet kimi qəbul edir. Yaxın Şərqdə və Avropada dəyişkən siyasət yürüdən Rusiyanın dostlarının  ABŞ-ın dostu sayılması indiki şəraitdə məntiqli deyil”.

 

Murisonun fikrincə, Ermənistana hərbi və maliyyə yardımının ayrılması, bu ölkənin Vaşinqtonun dostlarından biri sayılması ölkənin milli maraqlarına cavab vermir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam