Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Onlar Qətəri radikal tideologiyaları maliyyələşdirilməkdə ittiham etdilər” -ABŞ Prezidenti

"Yaxın Şərqə səfərimdə radikal ideologiyaların maliyyələşdirilməməsini söylədim. Liderlər Qətəri göstərdilər”.

Yenixeber.org:  Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində Körfəzdəki Ərəb Dövlətləri İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə Qətər arasında diplomatik münasibətlərin kəsilməsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Yəmən, Liviya, Maldiv, Mavriki Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edərək onunla diplomatik münasibəti kəsib.

Xatırladaq ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra – Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Sonradan Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam